четверг, 23 февраля 2012 г.

İslamda gül


Müsəlmanlar gül qoxusunun peyğəmbərlərinin qoxusundan gəldiyini qəbul edərlər və peyğəmbərləriylə möhkəm sevgi bağı olan insanların da gül iyi verdiyinə inanarlar. İslam aləmində gül, əsasən peyğəmbəri vurğulayar. Buna görə çoxu İslami əsərdə gülə ayrı bir dəyər verilmişdir. Peyğəmbərin tərinin gül kimi iy verdiyi rəvayət olunur. Hz. Məhəmməd (s.a.s)  gülləri " Seyyidül əzharül Cənnət= Cənnət çiçəklərinin xalqı" olaraq xarakterizə etmişdir. 
Hər vaxt sənə 1şəxs gül verərsə onu alıb iyləməli və gözlərinin üstünə qoymalısan.çünki gül cənnətdən gəlmişdir.həmçinin bu vaxt Peyğəmbər və onun ailəsinə salavat göndər ki,günahların bağışlansın.rəvayətdə var ki,hər kəs gülü bu tərzlə iyləyərsə,ALLAH TAALA onun üçün Məkkə ilə Şam və İraq arasında olan çölün qumlarının sayı qədər savab yazar.həmçinin o qədər olan günahlarını da bağışlayar.


Salam verməyi unutmayın!

 


Salam Allahın adlarından biridir. İmam Əli (ə): << Salamın 70 savabı var: altmış doqquzu Salam verənə, biri də Salam alana çatar.>>( Biharul-Ənvar, c.76,səh.11,hədis 46). Salam alan isə 1 savab qazanır əgər, Salam verdiyin şəxs Salamı qaytarmazsa o bir savabda Salam verənin olur. Buna görə də Salam verməyi və Salam almağı unutmayın.
Allahın Peyğəmbəri (s): << Sizlərdən biriniz evə daxil olan zaman Salam versin. Çünki Salam həmin evə bərəkət endirir və mələklər o evlə ünsiyyətə girir.>> (Biharul-Ənvar,c.76 səh.7, hədis 25).
                                         Salamı yayın ki, evinizin xeyir-bərəkəti artsın.
İmam Sadiq(ə)

"Əssəlamu əleykum!"-deyən şəxs on savab qazanar."Əssəlamu əleykum və rəhmətullah!"-deyən iyirmi savab əldə edir."Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!"-deyən şəxs isə otuz savab qazanır .
Allah rəsulu(s)

"Bir kafir sizə salam verərsə,cavabında deyin ki, əleykum"



Peyğəmbəri-Əkrəm (s): Camaatdan Allaha və onun Peyğəmbərinə ən yaxın olan şəxs odur ki, Salamı birinci vermiş olsun.

среда, 22 февраля 2012 г.

Yumorlar

 

Qəlbim səndən çəkdiyini  ABD Usame bin Ladindən çəkmədi. Ürəyimin teroristi dünya birləşsə səni yox edəməz. Aqibətim əkiz qüllədə olsa yenə səni sevəcəyəm.


Əgər günəşin bir gün çıxmağını, ayın bir gün batmağını, sevgini, gözəl hissləri unutsamda, mən sənə sərf etdiyim 11 konturu heç vaxt unutmaram.


Səni sevəndən sonra ömrüm 1 şirvanlıq kontur olub göz açıb yumunca qurtarır. Balansımda vızıvlıq canım qalıb. Ümidim 7700 olsa belə yenə səni sevəcəm.


Dünən sənə dünyanın ən gözəl, ən şəkər hədiyyəsini yollamaq istədim. Poçtalyon üstümə qışqırdı ki, qutunun içindən çıx.


Gözlərini yum. Təsəvvür et ki, hamıdan uzaqda birlikdəyik. Yarpaq, arı pıçıltısı, yaşıllıq, çırpınan ürək, həyəcan və gün belimizi deşə-deşə Gədəbəydə kartof yığırıq.


Hamı yerli qız alsın.
Evdə qalan azalsın.
        
                Elçilər Nazirliyi.

Bir gül göndər həsrətim olsun, bir gülüş göndər dərmanım olsun, bir nəfəs göndər ümidim olsun, bir də varsa 100 kontur göndər ölənlərinin ehsanı olsun.


Könlündə mənə yer yoxsa gözəlim. Fərq etməz mən ayaqda da gedərəm.


Adəm: Əzizim, sən tək məni sevirsən?
Həvva:-Əlbətdə, səndən başqa burada kim var?!
Gülümsə, 1 aprelin mübarək!
Bu gözəllik, bu ağıl, hələ bu məna dolu gözləri bəxş edən Allah bütün gözəllikləri bir şəxsdə cəmləmişdir. Nə isə özümdən çox danışdım. Səndə nə var, nə yox?
Hörmətli günahkar abonemiz qılınmamış namaz borcunuz görünməkdədir. Əməl dəftərinizin bağlanmaması üçün xaiş olunur borcunuzu ödəyəsiz-Axirət Müştəri Xidmətləri.
Qız: Məni sevirsən?
Oğlan: Hə,sevirəm...
Qız: Çox sevirsən?
Oğlan: Hə lap çox...
Qız: Onda de görüm mən ölsəm nolar?
Oğlan: Halvan,cümən,qırxın,ilin.)))))
Qurban bayramında qurban alacaq pulun yoxsa; Bülent yaz 3162 ye göndər, bülent ablan sana kurban olsun.
Mənə qoçum deməyin qurban bayramı yaxınlaşır.
Sevgi məcəlləsinin Eşq Maddəsinə uyğun olaraq icazəsiz qəlbimə daxil olduğun üçün səni ömürlük qəlbimə həbs edirəm.
                                                       Amnistiya yoxdur!
Səni 1 öpsəm 2 qısqanar. 2 öpsəm 3 acıqlanar. 3 öpsəm 4 üzünü çevirib küsər. Gəlsənə heç 1 rəqəmi incitməyək. Səni sonsuza qədər öpüm... 
Hörmətli abonemiz size bir şikayət mesajı var. Məhkəməyə verilmisiniz. Günahınız özünüzü gözlətməyinizdir. Cəzanız bir ömür boyu sevilməkdir varmı etirazınız.
Fizika ilə araşdırdım, Kimya ilə həll etdim. Ədəbiyyat ilə deyirəm Səni çox sevirəm:)) 
  Səninlə Bluetooth kimi uzaqdan yox, İk-Port kimi yaxından tanış olmaq istəyirəm.
Bu mesajı yaddaşa alırsan demək məni sevirsən, silərsən demək bəyənirsən, cavablarsan demək həsrətimi çəkirsən, cavablamazsan demək mənsiz yaşaya bilmirsən...
       8  Mart
Oğlanların Soyqırımı
      Günüdür.
P.S. Dünya Birliyi bu ədalətsizliyə hələdə dözür.














Gəlinin peşmanlığı

 

O bu evə yeni gəlin gəlmiş, elə ilk gündən qayınanası ilə bir yerdə yaşamağa başlamışdı. Ancaq çox keçmədi ki, qayınanası ilə aralarında dava-dalaş başladı. Artıq evdə ağız deyəni qulaq eşitmirdi. Dava-dalaşdan bezən gəlin bir gün kəndlərindəki Loğmanın yanına getdi və dərdini açıb danışdı. Loğman ona bitkilərdən bir zəhər hazırladı və bunu hər gün az-az qayınanasının yeməyinə qatmağı məsləhət gördü. Loğman heç kim şübhələnməsin deyə, qayınanası ilə xoş davranmağı da tapşırdı. Evə qayıdan gəlin tələsik işə başladı. Hər gün qayınanası üçün cürbəcür yeməklər bişirir, təbii ki, bu yeməklərə zəhər qatmağı unutmurdu. Heç kim şübhələnməsin deyə, onunla xoş rəftar etməyə başlamişdi. Artiq qayınanasının da ona münasibəti dəyişmişdi. Vaxt keçdikcə gəlin narahat olmağa başladı. Hərəkətindən peşman olduğu üçün nə edəcəyini bilmirdi. Bir gün yenə Loğmanın yanına getdi. Artıq yeganə arzusu qayınanasını ölümdən xilas etmək idi. Loğman göz yaşları ilə yalvaran gəlinə baxdi və qəhqəhə ilə gülməyə başladı:

- Mənim sənə verdiyim zəhər deyildi. Onun içində adi otlardan başqa bir şey yox idi. Əsl zəhər isə sənin ürəyində idi. Sən qayınananla xoş rəftar etdikcə o zəhər də əriyib getdi. İndi o zəhərin yerində sevgi var.

Kiçik qız və Müəllim



Kiçik bir qız müəllimi ilə balinalar haqqında danışırdı. Müəllim bir balinanın insanı udmasının fiziki olaraq qeyri-mümkün olduğunu söylədi, çünki balinaların boğazı çox kiçikdir. Kiçik qız «Yunus peyğəmbəri» bir balinanın udduğunu söylədi, əsəbləşən müəllim balinanın insanı uda bilməyəcəyini təkrarladı, bu qeyri-mümkün idi.
Kiçik qız belə dedi:
- Cənnətə getdiyim zaman Hz. Yunusa soruşacağam.
Müəllim: «Ya Hz. Yunus cəhənnəmə getdisə?» - deyə cavabladı.
Kiçik qız :
O zaman sən soruşarsan- dedi.

Təsirli və ibrətamiz hekayə...

 


Nə olar eşit məni... Uzat əllərini, toxun mənə ehtiyacım var bu an sənə. AĞLAMAQ istəyirəm dizlərində...
Qana-qana niyə tanitmadınki Dinimi mənə...?! Niyə aşiq deyiləm mən Rəsulullaha...?!

ANA nə olar eşit fəryadımı!.. Ağrıdırlar dayanmadan, içimdə qanayan yaranı..
Ey ANA...! Qəbrimdə tək buraxdın məni...
...Münkər və Nəkir soruşmadı BELƏ dərdimi mənə.. Cəhənnəmdə yer hazırlamısan ANA...
Xatırlayırsanmı "balım" deyərdin dünyadaykən mənə. Milçəklər uçuşardı üzərimdə fikir verməzdin. Xoşuna belə gedərdi bu vəziyyət...

Milçəklər deyirəm ana mənə məhrəm olan KİŞİLƏR....!!
Yarı çılpaq gəzərdim, "Gəncsən, gözəlsən, gəz qızım, Həyatını yaşa" deyərdin..

ANA indi dünyadaykən geymədiyim paltarların yerinə atəşlər geydirirlər bilirsənmi? Ana atəşlər içindəyəm. Gəncliyimi gözəlliyimi nə biçimdə ziyan etmişəm, nə pis xərcləmişəm...

Qurtara bilərsənmi indi məni, gecələri qızdırmam olanda başımda gözləyərdin, oturub mənimlə ağlayardın.
Məgər o atəş buzdan bir parçaymış gerçək atəş buradadı Ana... Gerçək atəş əbədi yerdə...
Yenə alnıma soyuq dəsmal qoya bilərsənmi o vaxtlar kimi..?

Ana dünyada tökdüyümüz göz yaşları nəymişki.. Əsl indi oturub ağla ANA..! DƏRDİMİZƏ ağla..
Əziyyətimizə ağla.. Boşa keçirdiğmız günlərimizə AĞLA!..

AĞLA ANA yalnız ALLAH üçün ağla...

EY ANA TÜKƏNDİM ..DƏRDLƏR BAŞIMDA.. NİYƏ ÖYRƏTMƏDİN KI, DİNİMİ MƏNƏ..?
NİYƏ AŞİQ DƏYİLƏM RƏSULULLAHA...?

вторник, 21 февраля 2012 г.

İslamda həftənin günləri



Bağışlayan və mehriban Allahın adı ilə.İmam Cəfəri Sadiq (e) buyurur:
1. Şənbə günü - bizim üçün.
2.Bazar günü - bizim şiələrimiz üçün.
3.Bazar ertəsi günü - bizim düşmənlərimiz üçün.
4.Çərşənbə axşamı günü - Denumenya üçün.
5.Çərşənbə günü - davaderman içmək üçün.
5.Cümə günü – təmizlik və ətirlənmək üçün.o müsəlmanların bayramıdır.Qurban və Fitir bayramlarındanda əfsərdir,Zil hiccə ayının 18-i qədirfum bayramı.bayramların ən fəzilətlisidir.o gün cümə gününə təsadüf etmişdir.

Günün zikri



Cümə günü: Allahummə salli alə Muhammed va ali Muhammed
Digər günlər:

Bazar günü: Ya Zəl-cəlali val-ikram
Bazar ertəsi: Ya Qaziyel-hacat
Çərşənbə axşamı: Ya Ərhəmər-Rahimin
Çərşənbə günü: Ya Hayyu, Ya Qayyum
Cümə axşamı: La ilahə illəllahul-məlikul həqqul-mubin
Cümə günü: Allahummə salli alə Muhammed va ali Muhammed
Şənbə günü: Ya Rəbbil-Aləmin

Peyğəmbərlər

Allahın göndərdiyi əsas
peyğəmbərlər: Hz. Adəm Hz.
Nuh Hz. Zulqerneyn Hz. Hud Hz.
Sid Hz. Xızır Hz. Saleh Hz. İdris
Hz. İshak Hz. Yunis Hz. Eyyub
Hz.İlyas Hz. Yaqub Hz. Yusif Hz.
Davud (Zəbur) Hz. Süleyman
Hz. Musa (Tövrat) Hz. İbrahim
Hz. İsmayıl Hz. Zəkəriyyə Hz.
İsa (İncil) Hz. Muhammed
(Qur"an) Allah-təala
ümumilikdə bəşəriyyətə
124.000 peyğəmbər göndərib.
Muhammed (s.a.s) xatem-ul-
enbiyadir, yə"ni
peyğəmbərlərin möhürü.
Ondan başqa peyğəmbər
gəlməyəcəkdir.

12 İmamın adları

 


1. Həzrəti Əli

2. İmam Həsən

3. İmam Hüseyn

4. İmam Zeynulabidin

5. Muhemmed Baqir

6. Cəfəri Sadiq

7. Museyi Kazim

8. Qərib Ağa İmam Rza

9. Məhəmməd Təqi

10. Əliyyən Nəqi

11. İmam Həsən Əskəri

12. İmam Sahibəz Zaman

Allahın 99 adı və mənaları

 

1. ALLAH - gözəl sifətləri özündə ehtiva edən
2. EL-VAHID - yeganə
3. EL-EHED - bənzərsiz
4. ES-SEMED - ehtiyacsız
5. EL-AXIR - hər şeydən sonra mövcud olacaq
6. ES-SEMI - hər şeyi eşiden
7. EL-BESIR - hər şeyi görən (haqq-nahaqq)
8. EL-QEDIR - hər şeyə qüdrəti çatan
9. EL-EVVEL - hər şeydən əvvəl mövcud olmuş
10. EL-QAHIR - zalımları qəhr edən
11. EL-ELIYY - yüksək, uca
12. EL-E'LA - ən yüksək
13. EL-BAQI - əbədi
14. EL-BEDI - həmişə ixtira edən
15. EL-BARI - yaradıcı
16. EL-EKREM - ən kəramətli
17. EZ-ZAHIR - ashkarda olan
18. EL-BATIN - gizlində olan
19. EL-HEYY - diri
20. EL-HEKIM - çox hikmətli
21. EL-ELIM - hər şeyi bilən çox elmli
22. EL-HELIM - çox mülayim
23. EL-HAFIZ - ən yaxşı qoruyucu
24. EL-HEQQ - həqiqet
25. EL-HESIB - hər şeyi hesaba alan
26. EL-HEMID - həmd edilen
27. EL-HEFIYY - öz yaratdıqlarını çox sevən
28. EN-NUR - nur
29. ER-REBB - bəsləyən
30. ER-REHMAN - çox mərhəmətli
31. ER-REHIM - həmişə mərhəmətli
32. ER-RAUF - mehriban
33. ER-RAI - hər şeyi görən
34. ER-REQIB - nəzarətçi
35. EZ-ZARI - yaradan
36. ES-SELAM -hər təhlükədən salamatlığa çıxaran
37. ER-REZZAQ (ER-RAZIQ) - ruzi verən
38. EL-MO'MIN - iman bexş edən
39. EL-MYHEMIN - himayə edən
40. EL-EZIZ - çox izzətli
41. EL-CEBBAR - zalımlara əziyyət verən
42. EL-MUTEKEBBIR - məqamı uca tutulan
43. ES-sheyYID - ağa, başçı
45. ESH-SHAHID - hər şeyə şahid olan
46. ES-SADIQ - sədaqətli
47. ET-TAHIR - pak, saf
48. EL-GHENIYY - ehtitacsız, carlı
49. EL-GHIYAS - köməkçi
50. EL-FATIR - yaradan, vucuda gətirən
51. EL-FERD - tək
52. EL-FETTAH - çətinlikləri həll edən
53. EL-FALIQ - dan yerini yaran
54. EL-QEDIM - əzəli olmadığı zaman təsəvvürə gəlməyən
55. EL-MELIK - mülk sahibi
56. EL-QUDDUS - müqəddəs
57. EL-QEVIYY - çox qüvvətli
58. EL-QERIB - çox yaxın
59. EL-QEYYUM - dayanıqlı, sarsılmaz
60. EL-QABIZ - sıxan (canları alan)
61. EL-BASIT - açıb sərən
62. QAZIYUL-HACAT - hökm verən, ehtiyacları həll edən
63. ESH-SHAFI - şəfa verən
64. EL-MECID - şan-şöhrətli
65. EL-VELIYY (EL-MOVLA) - dost
66. El-LETIF - lütf edən
67. EL-MENNAN - bəndələrinə çox ehsan edən
68. EL-MUHIT - hər şeyi əhatə edən
69. EL-MUBIN - hər şeyi bəyan edən
70. EL-MUQIT (EL-MUGHIS) - ruzi verən (dada yetişən)
71. EL-MUSEVVIN - hər şeyi formaya salan
72. EL-KERIM - çox kəramətli
73. EL-KEBIR - çox böyük
74. EL-KAFI - kifayət edən
75. KASHIFUZ-ZURR - zərərin üstünü açib ifşa edən
76. EL-VITR - tək-tənha
77. EL-EZIM - əzəmətli
78. EL-VEHHAB - nemət bağışlayan
79. EN-NASIR - köməkçi, yardımçı
80. EL-VASE - çoc əhatəli
81. EL-VEDUD - bəndələrini çox sevən
82. EL-HADI - hidayət edən, doğru yol göstərən
83. EL-VEFIYY - vəfalı
84. EL-VEKIL - himayəçi
85. EL-VARIS - qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud
86. EL-BIRR - yaxşı sifətlərin sahibi
87. EL-BAIS - qiyamətdə ölüləri dirildəcək zat
88. EL-TEVVAB - tövbələri qəbul edən
89. EL-CELIL - cəlallı
90. EL-CEVAD - səxavətli
91. EL-XEBIR - hər şeydən xəbərdar olan
92. EL-XALIQ - xəlq edən, yaradan
93. XEYRUN-NASIRIN - ən yaxşı yardımçı
94. ED-DEYYAN - hesabat gününün sahibi
95. ESH-SHEKUR - şükr edilən
96. ES-SANE - yaradıcı
97. EL-EDL - ədalətli
98. EL-EFUVV - əfv edən
99. EL-GHEFUR - günahları bağışlayan

7 rəqəmi haqqında bilmədiklərimiz



Şübhəsiz ki,Quran möcüzədir və dil, qanunvericilik yönündən möcüzəvi xüsusiyyətinə dair çoxsaylı aspektləri var. Qurani Kərimin insanlara və cinlərə müraciət edərək Qurandakı surəyə bənzər bir surə gətirmək ilə əlaqədar meydan oxuması hələ də hökm sürür. Allah təala buyurur: “De: Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün (bir yerə) toplaşıb, bir-birinə kömək etsələr də ona bənzərini gətirə bilməzlər”. (əl-İsra 17:88)

İbn əl-Qeyyim 7 rəqəmi haqqında özünün “Zad əl-Məad fi Huda Xeyr əl-İbəd (4/90)” kitabında Səhiheyndəki (Buxari və Müslimdə) hədisi müzakirə edərkən bu barədə danışmışdır:

Hədisdə deyilir: “Hər kim səhər yeməyində yeddi “əl-Aliya”xurması yesə, həmin gün ona nə zəhərlənmə, nə də sehr gəlməz”.

İbn Qeyyim demişdir: “Yeddi rəqəminin xüsusiləşdirilməsi məsələsi Allah təalanın yaradılışı, xəlqi və şəri əmrləri ilə əlaqədardır. Allah yeddi səma, yeddi yer və yeddi gün xəlq etmişdir və insanın yaradılışı yeddi mərhələdə tamamlanır.

Allah təala qullarına Kəbənin ətrafında yeddi dəfə təvaf etməyi, Səfa və Mərva arasında yeddi dəfə səy etməyi (iki hədəf arasında qaçmaq), yeddi kiçik daşıcəmərəyə atmağı buyurmuşdur. Bayram namazının birinci rəkətində təkbirlərin sayı yeddidir.

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Yeddi yaşına vardıqda uşaqlarınıza namaz qılmağı əmr edin”

Bir rəvayətə görə oğlan övladı yeddi yaşına çatdıqda ona valideynlərindən ikisindən birini seçməkdə seçim verilir. Digər bir rəvayətə görə atasının onun üzərində haqqı anasının haqqından irəlidir. Üçüncü rəvayətə görə isə anasının onun üzərində haqqı atasının haqqından irəlidir.

Allah təala Ad qövmünün üzərinə yeddi gün külək əsdirmişdir.

Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha dua etmişdir ki, onun camaatına Yusif əleyhissalama göndərdiyi kimi yeddi il--yeddi illik aclıq- göndərməklə ona kömək etsin.

Allah təala sədəqə verənin savabını hər birində yüz buğda olmaqla yeddi sünbül məhsul verən buğdaya bənzətmişdir.Yusifin yoldaşının yuxusunda gördüyü buğdadakı sünbüllərin sayı, buğdanın becəriləcəyi illərin sayı yeddi idi və sədəqənin savabı yeddi yüz dəfə və bundan çox artırılır. Bu ümmətdən yetmiş min hesaba çəkilmədən Cənnətə daxil olacaqdır.

Sonra İbn Qeyyim şərh edir: “Sözsüz ki, bu rəqəmin başqa rəqəmlərdən fərqli xüsusi özəllikləri var... Bu rəqəmi xüsusiləşdirərkən Allah təala Öz hikmətini, qanunlarını və hökmünü daha yaxşı bilir.

Bunu əsas götürərək, bu məsələdə doğru rəy budur ki, açıq-aydın, səhih dəlil olmadan bu rəqəmin zikr olunmasının səbəbi haqqında əqli müzakirələrə girişməkdən çəkinmək lazımdır.

Cənnətdə Allahu-Təalanın görülməsi

 


Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Möminlər axirətdə. Cənnətə girdikdən sonra Allahu-Təalanı görə biləcəklər.
Bunu aşağıdakı surə daha aydın izah edir.
Qiyamət günü işıl işıl parıldayan üzlər, [möminlər] Rəbblərinə baxacaqlar) [Qiyamət-22, 23]
Bir hədisdə söylənilir: Peyğəmbər ayın 14-cü gecəsi parlayan aya baxıb buyurur ki,
Göydəki bu ayı necə tam şəkildə görürsünüzsə [ siz möminlər Cənnətdə ] Rəbbinizi bu şəkildə aydın görəcəksiniz.
Bir surədə deyilir: Gözəl əməl sahiblərinə Cənnət və daha artığı vardır.
Qiyamət günü kafirlər Allahu-Təalanın gözəl camalını görməkdən məhrum olunacaqlar.
Surə: (Onlar [kâfirlər] o gün Rəbblərini [camal siması ilə] görməkdən məhrumdurlar) [Mutaffifin 15]
Allahu-Təalanı görmək böyük nemətdir. Cənnətdəki bütün nemətlərdən daha üstündür. Belə ki cənnətdəki bütün nemətlərin dadı onlardan aldıqları ləzzət Allahu-Təalanı görməkdən aldığı zövqdən, xöşbəxtlikdən böyük ola bilməz.
Kafirlər isə Cənnətə girməyəcəkləri üçün bu böyük nemətdən məhrum olacaqlar.
İmam-ı Rəbbani həzrətləri buyurur:
Əhl-i sünnət âlimləri, "Allahu Təâlâ dünyada görülə bilməz" buyurdu.
Mövlana Halid-i Bağdadi həzrətləri buyurur ki:
Rəsulallah, Allahu Təalanı Miracda gördü. Ancaq bu görmək dünyadakı görmək kimi deyil idi.
Qur´ani-Kərimdə Dünyada kor olan axrətdə də kor olar: - ifadəsi ancaq kafirlər üçündür. Möminlər isə Allahu-Təalanı axirətdə görəcəklər. Möminlər cənnətdə Allahı ancaq cümə günü deyil istədikləri vaxt görə bilərlər. Ancaq bu onların Allah qatındakı əməllərindən asılıdır. Məs: Peyğəmbərlər, şəhidlər, imamlar qədər savab heç kimdə yoxdur və bu o deməkdir ki onlar Allahı istədikləri vaxt görə bilərlər.

Hər hansı səhvə-qüsura görə bağışlayın.
Hər halda hər şeyin düzgünlüyün Tanrı bilər. Bilmədən etdiyim və etdiyimiz günahlara
görə inşallah Allah bizi bağışlayar.
AMİN !!!

Evlənmək və Ailə Qurmaq

 

Bismillahir-rehmanir-rehim

Evlənmək və Ailə Qurmaq

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs (qadın və ya kişi) evlənsə, öz dininin yarısını qorumuşdur. Qalan yarısında da gərək təqvalı olsun.” (“Kafi”, 5-ci cild, səh. 328)
2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah yanında yatmış evli şəxs, gündüzləri oruc tutub gecələri oyaq qalan subay adamdan üstündür.” (“Biharul-ənvar”, 103-cü cild, səh. 221)
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs dünyadan pak-pakizə getmək istəsə, gərək ailə qursun və subay halda ölməsin.” (“Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 385)
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Evli şəxsin qıldığı iki rükət namaz, gecələri oyaq qalıb ibadət edən, gündüzləri isə oruc tutmaqla keçirən subay adamınəməlindən fəzilətlidir.” (“Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 380)
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs maddi məsələlərdən və həyat xərclərindən qorxub evlənməsə, deməli, Allah və Onun vədəsi barədə sui-zənn (pis güman) etmişdir.”
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ən pis ölülər o kəslərdir ki, ailə qurmaqdan boyun qaçırmışlar.” (“Təhzib”, 7-ci cild, səh. 239)
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ümmətimin yaxşıları evlilər, pisləri isə subaylardır.” (“Biharul-ənvar”, 103-cü cild, səh. 221)
8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ailə qur, yoxsa məsihi rahiblərindən, yaxud Şeytanın qardaşlarından olarsan.” (Yenə orada, 13-cü cild, səh 221)
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Asimanın rəhmət qapıları dörd yerdə açılır: Yağış yağdıqda, övlad ata-ananın üzünə (məhəbbətlə) baxdıqda, Kəbənin qapısı açıldıqda və nikah baş verdikdə.” (“Biharul-ənvar”, 103-cü cild, səh. 221)
10-Həzrət Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: “Ailə qurun, qızları ərə verin, subay kişiləri evləndirin. Hər bir müsəlmanın şərəf və səadəti odur ki, qızlar ərsəyə çatdıqda, onu ərə versin.”
Müsəlman erkəkler xanımlarını qıqanmalı və yadlardan qorunmalıdır.Peyğəmbər Əfəndimiz Xanımını qısqanmayan erkəyə və ərini qısqanmayan qadına Allah lənət etsin.buyurmuşdur (Müslim).
Peyğəmbər Salavatullah buyurur: Gənc oğlan və gənc qız bir-birini sevib ailə qurarkən şeytan nalə çəkərək deyir: Vaveyla, vaveyla ki, bu cür cavanlar öz dininin üçdən bir hissəsini məndən qoruya bildilər! Gərək bu Allah bəndələrini dinlərinin qalan iki hissəsində də öz Tanrılarından qorxub çəkinsinlər.
İmam Sadiq (e) buyurub: Gəlin köçən evi Allah-təala sevir.Bütün cavanlar! İstər qızlar və istərsə də oğlanların ailə qurması zəruridir. Əgər bu müqəddəs birlik həyata keçirilməzsə, arzu-olunmaz çətinliklərlə rastlaşa bilər.

İmam Sadiq (e) buyurub: Rəsuli-Xuda (s) Ərə getmək istəməyən qadınları qınayır və onlara ailə qurmağı tövsiyə edirdi.
Hər kim bir qadınla mal-dövlətinə görə evlənmiş olsa, Allah-təala onu həmin mal-dövlətə həsrət qoyar. Hər kim bir qadınla gözəlliyinə görə evlənmiş olsa, xoşu gəlmədiyi sifəti (xasiyyətləri) onda görər və əgər bir qadınla dininə görə evlənmiş olsa, Allah bütün bu nemətləri onlar üçün yetirər.
Allahın elçisi (s) buyurur: Ər və arvad kəbin kəsildikdən sonra biri-birinə baxdığı zaman böyük Allah da rəhmlə onlara baxar.
Bir-birinin əllərindən tutan zaman onların günahları barmaqlarının arasından süzülüb yerə tökülər.
Subaylığı Allah-təala sevmir.
İsti vaxtı elçilik etmə ayrılığa səbəb olar.
Qadın ərdən icazəsiz evindən heç nəyi sədəqə verməsin. Belə etsə onun savabı ərinə yetişər, özünə isə günah yazılar.
Qadın ərindən icazəsiz çölə gedə bilməz. Əgər gedərsə yerin və göyün qəzəb və rəhmət mələklərinin hamısı o evə qayıdana kimi onu lənətləyərlər.
Mən heç vaxt səndən yaxşılıq görməmişəm qadın bunu ərinə deyərsə əməllərinin savabları məhv olar.
Kişi qadına gərək üz turşutmasın.Onun pis hərəkəti olsa onu bağışlasın.Qadınının bütün tələbatını ödəsin. Bayram günlərində qadınını sevindirsin.
Hədis-2. İmam Sadiq (e) buyurur: Kim öz yoldaşına təbəssüm etsə, həmin təbəssümün ona bir savabı olar.
Allah hər kəsə evlənmək ailə qurmaq nəsib etsin. Amin!

Mələklər haqqında bilmədiklərimiz

 

Mələklərdən,xüsusən öz mələyindən qorxma, çəkinmə.O,sizin ən xeyirxah və sadiq dostuna çevrilə bilər.Gələcəyin haqda fikirləşəndə ona sual verməyi unutma.O,sənə həyatda ən işıqlı yol göstərəndir.Nə qədər ki,onu yaxından tanıyacaq,onunla münasibət quracaqsan,mələyin bir o qədər güclü,sən isə bir o qədər təmiz,saf və xoşbəxt olacaqsan.
Mələklər tam olaraq Allaha sadiq,itaətkar və ibadətkar,hec bir cismani,dünyəvi marağı olmayan,saf, şəffaf tüstüdən yaranmış xeyirxah varlıqlardır.ALLAH-Təala onları insandan əvvəl yaratmışdı.

Bilin ki:

* Mələklər insanın taleyinə qarışmır.

* Onlardan kiminsə həyatı barədə heçnə istəyə bilməzsiniz.

* Mələklər-xoş,mehriban sozləri,sevgi və qayğıkeşlik dolu mühiti xoşlayırlar.

* Pis qoxudan,söyüşdən,qarğışdan,kobudluqdan,mübahisədən xoşlanmır və həmin insandan uzaqlaşırlar.

* Mələklər heç vaxt sizin istəyinizlə nifrət etdiyiniz,düşmən olduğunuz insanlara pislik edə bilməz.
* Onlar tez-tez ağlayan,qəzəblənən və heç nədən depressiyaya düşən insanları sevmir

* Mələklər ALLAHın qəzəbini,imtahanını və ya günaha görə cəzasının qarşısını ala bilməz

* Mələklər dua və ibadət edən insanı sevər və onunla birgə dua edər.

* Mələklər dizi üstə çöküb, əllərini açıb mələkdən kömək,istək diləməyin qəti eleyhinədirlər. Mələyə inamla ALLAHa inamla qarışdırmaq,səhv salmaq olmaz. Mələyə ibadət və səcdə ən böyük günahdır.Amma buna görə narahat olmağa dəyməz. Mələklər özləri insanın belə səhv düşünməsinə imkan yaratmayacaqlar.Onlar əksinə insanda Allahainamı gücləndirməyə cavabdehdilər.

* Mələklər gözəl ətirləri(ən çoxda qizilgül),təmiz dərini,gözəl və təmiz geyimi,sakit musiqiləri xoşlayırlar.

* Mələklər siqaretə,içkiyə,narkotikaya,möhkəm qışqırtılı musiqilərə dözmürlər.

* Mələyinlə ünsiyyət üçün ən gözəl vaxt: gecə,yuxudan əvvəl və səhər oyananda

* Hər səhər bu sözləri təkrarlayın: "Mələyim mənimlədi", "Mələyim gün başladı","Sən irəlidə,mənsə arxanca gəlirəm"

* Mələklər Adəm və Həvvaya bir çox elmləri və sənədləri öyrətmək üçün yerə eniblər

* İbrahim peyğəmbər(ə.s) oglu İsmayılı qurban kəsmək istərkən, Mələk bir qoçla yerə enib peyğəmbərin əlini saxladı.

* Həzrəti Məryəmə Mələk nazil olaraq Isa peyğəmbərin(ə.s) doğulacağını xəbər vermişdi

* İslam peyğəmbəri Həzrəti Məhəmməd(s.ə.s) ömrünün sonuna kimi ən boyük Mələk olan Cəbrayılla(ə.s) həmsöhbət olmuş və onunla unsiyyətə can atmışdır.Bütün işlərinidə Mələyin gətirdiyi əmr və məsləhətləri ilə etmişdir.Qurani-Kərim Tanrı dərgahından peyğəmbərə Cəbrayıl Mələk(ə.s) vasitəsilə göndərilmişdir
Mələklərin seyr etdiyi Namaz: "Sübh namazı"




“Günəşin qərbə sürüşməsindən gecənin qaranlığına qədər müəyyən vaxtlarda namaz qıl, xüsusilə də səhər namazını. Çünki səhər namazında gecə və gündüz mələkləri hazır olar (şahid olarlar). (İsra Sûrəsi 78)

Görəsən Rəbbimiz sübh namazına niyə bu qədər əhəmiyyət verir? Çünki ürəyin ülvi olan hər gözəlliyə açıq olduğu ən dinc vaxtdır bu vaxt. Çünki başlanacaq olan, yorucu və yeni bir günə hazırlanmanın ən doğru və bərəkətli olduğu vaxtdır bu vaxt. Çünki təfəkkür üçün ən uyğun vaxtdır bu vaxt. Fərqinə vara bilənlər üçün, cənnət qapılarının açıldığı vaxtdır bu vaxt.

İnsan bəzən etdiklərinin sevdikləri tərəfindən görülməsini istəyər. Uca Allah (c.c) qullarına çox böyük bir yardım edir və o nurdan mələklərini ibadətimizə şahid tutur. Düşünün, təkbir alırsınız mələklər şahid, rukuya gedirsiniz mələklər şahid, səcdə anındasınız yenə mələklər şahid. Zikr edirsiniz, Rəbbinizə salamlar göndərirsiniz, Peyğəmbərinizə və yenə mələklər yanınızda hazır və şahid. Gəlin dostlar! Səhər namazlarını, əgər qılırsınızsa bu ayəni xatırlayaraq daha da dəyərləndirək. Əgər ki laqeydlik edirsinizsə bu gündən tez yox beynimizi və ürəyimizi ‘Səhər Namazı Vaxtına nizamlayaq. Doğru insan ömüründə neçə dəfə səhər namazı edər ki? Bu naməlum bəlkə; amma bilinən tək gerçək var ki, o vaxtda Allah mələklərini namaz qılan qulunun yanında hazır tutur. Qalx qaçırılmaması lazımlı olan səhər namazına və hiss edin, o nurdan yaradılmış varlıqları, sağınızda ya da solunuzdadır bəlkə kim bilər diqqətli davranın o halda...
Mələyin göz yaşları
Mələyin gözlərindən axan damlalar - onlar kiçik dünyaya bənzəyirlər, çünki onlarda bütün insan qorxuları, insani hisslər, ağrı, əzab, ümidsizliklər. vardır. Mələyin göz yaşlarında, hər kəs öz dünyasını görə bilər. Təssəvvür edin necə çətindir Mələk olmaq? Mələklər bütün bizim günahkar dünyamız üçün cavab verirlər. Mələklər - bu Tanrının elçiləridir... Amma indi mən ona inanmağa başlamışam ki, Mələklər var və onlar Yer kürəsindədirlər. Sadəcə burada onlar öz böyük qanadlarını gizlədirlər ki, heç kim onları sındıra bilməsin. Heç kim onları məhv edə bilməsin.

Mələklər bizim aramıznda yaşayırlar. Onlar həmçinin nəfəs alırlar, ağlayırlar, bizim kimi.. Yalnız onlar daha çox əzab çəkirlər, onlara daha da xəstədirlər. Axı onlar hisslərdən tamamilə ibarətdirlər. Nə bədən yoxdur, nə qan. Hisslərdən və emosiyalardan. Bəs nə vaxt mələklər ağlayır? Təsəvvür edin ki, sizdən (canlı) ürəyinizi qoparırlar. Əllər.. siz hiss edirsiniz ki, onu sizin bədəninizdən ayırırlar.. Bunu təsəvvür etmək belə çətindir, mələklər əzab çəkirlər. Təəssüf, axı biz canlı ölülər öz laqeydliyimizlə, onlara soyuqqanlılığımızla onları məhv edirik. Biz onlara inanmırıq. Onları qəbul etməyi və öz ürəklərinə buraxmağı arzulamırıq belə. Biz bu dünyaya çox soyuqqanlı yanaşırıq. Axı mələyin ürəyi heç vaxt buzqabığıyla örtülə bilmir. Mələyin ürəyi bizim alışan nifrətimizdən yana bilər, bizim yaşlarımızda boğula bilər. Mələyin ürəyi sadəcə bizim eqolarımıza görə yox ola bilər. Mələklər... heç nəyin əvəzinə tələb etmədən öz istiliyiylə bizdən əsirgəmirlər.

Şeytanın göz yaşları. Onlarla nə etmək olar? Onlar böyük və amansızdırlar. Onun göz yaşları, kim onları hiss edə bilmir.. amma, unutmayın, axı o nə vaxtsa mələk idi, onun qanadları hələ var. Görəsən niyə qanadlarından sadəcə imtina etdi, verdi və şər tərəfinə keçdi.. Niyə? O heç özü də bilmir.. Çətin ki özüdə bu suala cavab tapa bilsin. Şeytanın göz yaşları... Onlarda o qədər acı və ağrı hiss olunur ki,.. Bəli, Şeytanlar da ağlayırlar, amma onların yaşları tufan nəticəsində torpağa gəlir.. əbəs yerə deyil biz ildırımın gurultularından qorxuruq.. İldırımdan qorxuruq, çünki onlar iblisin elçisidir.. və yağış həmişə bizdə kədərlənməyimizə səbəb olur .

Şeytan və Mələk.. müxtəlifdirlər.. bu ağ və qara kimidir. Bu ruh və boşluq kimidir..

Nə vaxt ki, mələklər ağlayırlar, mənim ürəyim parçalanır, axı mən bir mələyin göz yaşlarını hiss edirəm.. O mələk ki, şeytan balasıyla olmaq istəyir. İstəyir, arzu edir, amma hələ bacarmır..
Mələklərin vəzifələri nədir?
Mələk - dini bir termindir. Mələk - bir çox dində inanılan səmavi varlıqlara verilən addır. Mələklərin vəzifələri Allaha xidmət etməkdir. Mələklərə inamın var olduğu hər dində mələklərə fərqli baxış var.İslam dininə görə mələklərin iradələri vardır. Lakin şeytan tərəfindən müsəllət olunmadıqları üçün bu iradələrini insan kimi pis istiqamətdə istifadə edə bilmə
qabiliyyətləri yoxdur. Başqa sözlə günahsız varlıqlardır.İslam dinində xüsusilə dörd böyük mələk olaraq xatırlanan dörd əsas mələk vardır. Bunlar: Cəbrayıl, Mikayıl, İsrafil və Əzrayıldır.
Cəbrayıl- İslam dinində dörd böyük mələkdən biridir. Adının etimologiyasından da aydın olduğu kimi İslam dinində Cəbrayılın çox qüvvətli bir mələk olduğuna inanırlar. Vəzifəsi peyğəmbərlərə vəhy gətirmək, onlara Allahın əmr və qadağanlarını bildirməkdir, yəni Allahdan peyğəmbərlərə xəbər və məlumat daşıyar. İslam dininə görə inanılan bütün peyğəmbərlərə vəhy gətirən Cəbrayıldır.
Mikayıl - İslam dinində dörd böyük mələkdən biridir. Kainatdakı təbiət hadisələrindən vəzifəlidir. Ucuzluq, bahalılıq, qıtlıq, bolluq, xoş əhval və dinclik gətirməklə vəzifəlidir. İnsanların ruzilərini çatdırmaq və Allahın iradəsinə görə təbiət hadisələrini təşkil etməklə vəzifəli mələkdir.
İsrafil - İslam dinində dörd böyük mələkdən biridir. Allahın əmriylə qiyamət günü sura (şeypur) üfürməklə vəzifələndirilmişdir.İsrafil sura iki dəfə üfürəcək. Birinci dəfə üfürdüyündə göylərdə və yerdə olan hər şeyin yox olacağına, ikinci dəfə üfürdüyündə isə, bütün insanların təkrar diriləcəyinə və məhşər yerində toplanmaq üzrə sövq ediləcəklərinə inanılır. İsrafil sura üfürəndə surdan böyük bir səs çıxacaq və yeddi qat göylərə və yerin hər tərəfinə çatacaq. Eşidənlərin hamısı yerdə olsun, göylərdə olsun öləcək. Vəsiyyətlərini belə edə bilməyəcəklər. Bərat (əfv olunmaq) gecəsində əməllər nüsxəsi dünya səmasında vəzifəli olan İsrafilə veriləcək
Əzrayıl - İslam dinində dörd böyük mələkdən biridir. İnsanların canını almaqla vəzifəlidir. Əzrayıl insanların canını almaqla vəzifələnmiş bir mələkdir, canı aldıqdan sonra vəzifəsini sorğu mələklərinə buraxar. İnsanın canını alarkən o iki şeyə nəzər yetirəcək. Əgər insan həyatda pis şəxs idisə, ürək çox əzab-əziyyət çəkəcək. Əgər insan ədalətli şəxs idisə, ancaq onda ürək rahat olacaq. Həmçinin qeyd edilir, o yaxşı adamların ürəkləri üçün gələndə "ən xoş görünüşə"-də olacaq, pis adamların ürəkləri üçün gəldikdə isə dəhşətli varlığa və ya iblisə bənzəyəcək.
Münkər və Nakir - Qəbirdə insanı sorğuya çəkən dəyişik görünüşlü mələklərdir. Bu sorğu nəticəsinə görə insanın qəbir həyatını yaxşımı və ya pismi keçirəcəyi təyin olunar.
Kiramən və Katibin - Hər insanın sağ və sol çiyinində oturub, etdiyi yaxşı və pis işləri yazarlar. Kiramən və Katibin insanın ağılından keçən pis işləri həyata keçirmədiyi müddətcə yazmazlar. Yaxşı işlərini isə niyyət anında dərhal yaxşılıq xanasına yazarlar.Qoruma mələkləri adıyla da bilinirlər.
Məlik - Cəhənnəmi mühafizə edən mələklərin rəhbəridir. Yeddi cəhənnəmin mühafizəçisidir. Məlik pis mələk deyildir. "Onlar cəhənnəmdə ağlayacaqlar, Məlikə yalvaracaqlar."
Rizvan - Cənnətə görə məsuliyyət daşıyır.
Şeytan - Mələk deyil, "cin"-dir. Nurdan yox, oddan yaradılmşdır. Allaha üsyan etdiyi üçün cənnətdən qovulmuşdur.Qiyamət gününə qədər ona vaxt verilmişdir.
Səmanın 7 qatının və onları idarə edən mələklərin adlariı

Birinci qat-Səmanın birinci qatı BERQİYA adlanır.Bu qatda yaşayan mələklərə İsmayıl adlı baş məleykə
rəhbərlik edir.

İkinci qat-Səmanın ikinci qatı QAYDUM adlanır.Bu qatda yaşayan məleykələrin başçısı Mikayıldır.

Üçüncü qat-Üçüncü qat MAUN adlanır.Burada yaşayan baş
məleykənin adı Səfaildir.

Dördüncü qat-Dördüncü qat AQURA adlanır.Burada yaşayan məleykələrə Qail(Arqun)adlanan baş
məleykə rəhbərlik edir.

Beşinci qat-Beşinci qat MAGUN adlanır.Buradakı məleykələrə Asfail rəhbərlik edir.

Altıncı qat-Səmanın altıncı qatı RAQA adlanır və buradakı məleykələrin başçısının adı Arnasdır.

Yeddinci qat-Bu qatda ERİBA adlanır.Buradasa baş məleykə Reqavil adlı mələkdir. 


                    Quran Əməl dəftərindən



 
Əməl dəftəriqiyamət günü hər bir insanın dünya həyatında gördüyü işləri özündə əks etdirən yazılı. Qurani-Kərimin bir neçə ayəsində onun əhəmiyyəti və haqq olduğuna işarə olunur. "(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq" Orada irili xırdalı bütün əməllər öz əksini tapar və heç bir şey nəzərdən qaçmaz.

Onlar belə deyəcəklər: "Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır!». Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşısında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!" ("Kəhf" surəsi, 49)

Quran əməl dəftərindən söz açarkən onun əmelisaleh insanlara sağ tərəfdən, günahkarlar isə sol və arxa tərəfdən veriləcəyindən xəbər verir.

Əməlləri əməl dəftərinə qeyd edən iki mələk "Ətid" və "Rəqib" adlanır.

Cümə günü



1.Allahın Peyğəmbəri (s): << Cümə günü günlərin ağasıdır və o Allah-Təalanın yanında Qurban və Fitr günündən də hörmətlidir>>.Biharul-ənvar, c.89, səh. 267, hədis 5).
2.Adəm Əleyhissəlam Cümə günü yaradıldı. Cümə günü Cənnətdən çıxarıldı.
3.Cümə günü gəldiyi üçün sevinən bir mö"minə qiyamətə qədər hər gün o qədər savab verilir ki, bunu tək Allah-təala bilir.
4.Cümə günü, quşlar və vəhşi heyvanlar bir-birinə " Salamın Əleykum" bu gün Cümə günüdür deyərlər.
5.Ana-atasının qəbrini, Cümə günləri ziyarət edənin günahları bağışlanar. Haqqlarini ödəmiş olar.
6.Həzrət Fatimə (Salamullahi Əleyha) nəql edir ki, Həzrət Məhəmməd (s) buyurmuşdur: << Həqiqətən, Cümə günündə elə bir saat (zaman) vardır ki, müsəlman şəxs o saatda Allah-təaladan bir xeyir dilərsə, Allah onun istəyini əta edər. Dedim: Ey Allahın elçisi,o, hansi saatdir? " Buyurdu:" O, günəşin yarısının üfüqdə gizləndiyi vaxtdır>>.
7.Cümə günü, ruhlar toplanır və bir-birləriylə tanış olurlar. Qəbirlər ziyarət edilir. Bu gündə qəbir əzabı dayandırılır. Bəzi alimlərə görə, mö" minin əzabı artıq qurtarır. Kafirin əzabı, Cümə və Ramazandan başqa, qiyamətə qədər gedir. Bu gün və gecəsində ölən mö" minlər, qəbir əzabı çəkməz. Cəhənnəm, Cümə günü çox isti olmaz.
8.Hədisdə deyilir. Hər kim Rəcəb ayının Cümə günü ixlas surəsini 100 dəfə oxusa, o, qiyamət günü onu Cənnətə dartıb çəkən Nura çevriləcək.
9.Cümə gecəsi Kəhf surəsi oxuyan, qiyamətdə, yerdən göyə qədər bir nurla işıqlanar. İki cümə arasında işlədiyi günahları da bağışlanar.
10.Bir müsəlman Cümə günü qüsul abdesti alıb, Cümə namazına gedərsə, bir həftəlik günahları bağışlanır və hər addımı üçün savab verilir.
11.Cümə günü vəfat edən mö" minlərə şəhid savabı verilir və qəbir əzabından qorunur.
12.Cənnətdəkilər, Allahu-Təalanı Cümə günləri görəcəklər. Cümə dünyada və Cənnətdə mö" minlərin bayram günüdür.
13.Həzrət Peyğəmbər (s) buyurur: " Cümə namazı kasıbların həccidir." ( Biharul-ənvar.c 89, səh. 199).
14.Cümə günü dırnağını kəsən kimsə bir həftə, bəlalardan əmin olur.
15.Cümə günü vəya gecəsi " Duhan" surəsini oxuyana cənnətdə bir köşk ihsan edilər.
16.Cümə günü 80 salavat gətirənin 80 illik günahı bağışlanar..
17.Cümə namazı vaxti alış-veriş günahdır.
18..Peyğəmbər (s.a.v) buyurur: Qiyamət yalniz Cümə günündə qopacaqdir.
.

Yad kişi və qadınların ünsiyyəti



Yad kişi və qadınların ünsiyyətdə olmaları kafirlərin həyat tərzidir. İslam isə kişilərin həyatını ayrı, qadınların da həyatını tam ayrı etmişdir. Qadınların həyatına yalnız bəzi yollar vasitəsi ilə daxil olmaq mümkündür. Bu yollar: Məhrəm sayılan qohumluq, kürəkənlik və ya evlilikdir. İslam şəriəti, başqa yol ilə qadınların həyatına müdaxilə etməyi haram etmişdir. Yalnız zəruriyyət və məcburiyyət hallarını müstəsna etmişdir. Peyğəmbər (sav) buyurmuşdur:
"Yad kişi və qadının tənha qalması üçün onların yanlarında mütləq (qadının) məhrəmlərindən olmalıdır"
(Buxari: 9 330, 331 № 5233. Müslim: 2 978 № 1342) "Yad kişi ilə qadın ikisi tənha qalarlarsa şeytan onların üçüncüsü olar"
(Tirmizi: 3 474 № 1171.) İslam yad kişi və qadınların ünsiyyətini müəyyən səbəblərə görə haram etmişdir və bu səbəblərdən aşağıdakıları demək olar:
1.Allah taala zinanı haram etmişdir. Ona görə də zinaya aparan yolların bağlanması hikmət və mərhəmətdəndir. Yad kişi və qadınların ünsiyyəti zina üçün açıq-aşkar bir şəraitdir.
2.Yad kişi və qadınların ünsiyyəti qurulmuş evləri dağıdır. Çünki bu ünsiyyət vasitəsi ilə qadın digər kişidən daha çox xoşlanarsa, ona yetişmək üçün ailəsinin dağılmasına da razı olar. Əgər bu qadın subay olarsa, bu onun üçün evlənənə qədər zinaya düşmək təhlükəsidir. 3.Yad kişi və qadınların ünsiyyətdə olması hər ikisinin şəhvətlərini oyadır. Onlar öz gözəlliklərini bir-birlərinə nümayiş etdirərlər. Bununla onların hər ikisi əqli, əməli və maddi qüvvələrinin çoxusunu itirərlər. Onların işi-gücü birinin digərinin diqqətini çəkmək olar. Əl-Musavvir qəzeti 30.05.1956-cı il tarixli nəşrində Misir universitetinin tələbələri ilə apardıqları sorğunun nəticəsini qeyd etmişdilər. Onların 65 %-i deyir: digər cins haqda fikirləşmək bizim tədrisimizə mənfi təsir göstərir. Beləliklə də bizim istirahət vaxtımızın dörddə üç hissəsi məhəbbət axtarışına sərf olunur.

Gözyaşı Rəhmətdir



Allahı xatırlayarkən Allah qorxusu ilə gözündən yaş axana qiyamətdə əzab olmaz. [Hakim]

Allah qorxusu ilə ağlayan gözə Cəhənnəm atəşinin toxunması haramdır [Nəsəs(n)i]

Qiyamətdə hər kəs ağlayıb gözyaşı tökəcək. Ancaq dünyada Allah qorxusu ilə bir damlacıq gözyaşı tökənlər ağlamayacaq. [İsfehani]

Allah qorxusu ilə gözündən yaş axan mömini Haqq təala atəşdən qoruduğu kimi atəşi də onun nurundan qoruyar. [İbni Macə]

Allah üçün gözlərindən yaş axan möminin bədəninin Cəhənnəm atəşində yanması haramdır. Bir damla gözyaşı ilə yanağı islanan kimsənin üzü heç bir zaman darlığa düşməz. Qiyamətdə hər şey ölçülər dartılar. Bunlardan Allah qorxusu ilə axan gözyaşı atəş dəryasını söndürəcək gücdədir. [Beyheki]



Bədəni Allah qorxusu ilə ürpərən kimsənin günahları ağacdan yarpaqların tökülməsi kimi tökülər. [Beyheki]

Allahu təala Hz. Musaya buyurdu ki: "Məndən qorxub ağlayaraq edilən ibadət digər ibadətlərdən üstündür." [Taberani]

Allahu təalanın himayəsindən başqa heç bir himayənin tapılmadığı qiyamətdə tək ikən Allahı xatırlayıb gözündən yaş axan kimsədir. [Buxari]

Allah qorxusu ilə gözdən axan bir damla göz yaşından və ya Allah yolunda axıdılan bir damla qan damlasından daha qiymətli Allah indinde bir damla yoxdur.) [Tirmizi]




Ağlayın ağlaya bilməsəniz özünüzü məcbur edin kədərlənin! Qiyamətdəki əzabın dəhşətini bilsəniz ayaqda dayana bilməyəcək hala gələnə qədər namaz qılar

Hər mömin dağlar qədər günah ilə məscidimizdə olsa ağlayan bu adamın hörmətinə oradakıların hamısının günahları bağışlanar. Çünki mələklər "Ya Rəbbi ağlamayanlara şəfaətçi et!" deyərlər. [Beyheki]

İbni Ömər həzrətləri buyurdu ki:

Allah qorxusu ilə bir damla gözyaşı axıtmaq minlərlə qızıl sədəqə verməkdən daha qiymətlidir. [Əhya]