1.Allahın Peyğəmbəri (s): << Cümə günü günlərin ağasıdır və o Allah-Təalanın yanında Qurban və Fitr günündən də hörmətlidir>>.Biharul-ənvar, c.89, səh. 267, hədis 5).
2.Adəm Əleyhissəlam Cümə günü yaradıldı. Cümə günü Cənnətdən çıxarıldı. 3.Cümə günü gəldiyi üçün sevinən bir mö"minə qiyamətə qədər hər gün o qədər savab verilir ki, bunu tək Allah-təala bilir.
4.Cümə günü, quşlar və vəhşi heyvanlar bir-birinə " Salamın Əleykum" bu gün Cümə günüdür deyərlər.
5.Ana-atasının qəbrini, Cümə günləri ziyarət edənin günahları bağışlanar. Haqqlarini ödəmiş olar.
6.Həzrət Fatimə (Salamullahi Əleyha) nəql edir ki, Həzrət Məhəmməd (s) buyurmuşdur: << Həqiqətən, Cümə günündə elə bir saat (zaman) vardır ki, müsəlman şəxs o saatda Allah-təaladan bir xeyir dilərsə, Allah onun istəyini əta edər. Dedim: Ey Allahın elçisi,o, hansi saatdir? " Buyurdu:" O, günəşin yarısının üfüqdə gizləndiyi vaxtdır>>.
7.Cümə günü, ruhlar toplanır və bir-birləriylə tanış olurlar. Qəbirlər ziyarət edilir. Bu gündə qəbir əzabı dayandırılır. Bəzi alimlərə görə, mö" minin əzabı artıq qurtarır. Kafirin əzabı, Cümə və Ramazandan başqa, qiyamətə qədər gedir. Bu gün və gecəsində ölən mö" minlər, qəbir əzabı çəkməz. Cəhənnəm, Cümə günü çox isti olmaz.
8.Hədisdə deyilir. Hər kim Rəcəb ayının Cümə günü ixlas surəsini 100 dəfə oxusa, o, qiyamət günü onu Cənnətə dartıb çəkən Nura çevriləcək.
9.Cümə gecəsi Kəhf surəsi oxuyan, qiyamətdə, yerdən göyə qədər bir nurla işıqlanar. İki cümə arasında işlədiyi günahları da bağışlanar.
10.Bir müsəlman Cümə günü qüsul abdesti alıb, Cümə namazına gedərsə, bir həftəlik günahları bağışlanır və hər addımı üçün savab verilir.
11.Cümə günü vəfat edən mö" minlərə şəhid savabı verilir və qəbir əzabından qorunur.
12.Cənnətdəkilər, Allahu-Təalanı Cümə günləri görəcəklər. Cümə dünyada və Cənnətdə mö" minlərin bayram günüdür.
13.Həzrət Peyğəmbər (s) buyurur: " Cümə namazı kasıbların həccidir." ( Biharul-ənvar.c 89, səh. 199).
14.Cümə günü dırnağını kəsən kimsə bir həftə, bəlalardan əmin olur.
15.Cümə günü vəya gecəsi " Duhan" surəsini oxuyana cənnətdə bir köşk ihsan edilər.
16.Cümə günü 80 salavat gətirənin 80 illik günahı bağışlanar..
17.Cümə namazı vaxti alış-veriş günahdır.
18..Peyğəmbər (s.a.v) buyurur: Qiyamət yalniz Cümə günündə qopacaqdir.
.
Комментариев нет:
Отправить комментарий