вторник, 21 февраля 2012 г.

Evlənmək və Ailə Qurmaq

 

Bismillahir-rehmanir-rehim

Evlənmək və Ailə Qurmaq

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs (qadın və ya kişi) evlənsə, öz dininin yarısını qorumuşdur. Qalan yarısında da gərək təqvalı olsun.” (“Kafi”, 5-ci cild, səh. 328)
2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah yanında yatmış evli şəxs, gündüzləri oruc tutub gecələri oyaq qalan subay adamdan üstündür.” (“Biharul-ənvar”, 103-cü cild, səh. 221)
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs dünyadan pak-pakizə getmək istəsə, gərək ailə qursun və subay halda ölməsin.” (“Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 385)
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Evli şəxsin qıldığı iki rükət namaz, gecələri oyaq qalıb ibadət edən, gündüzləri isə oruc tutmaqla keçirən subay adamınəməlindən fəzilətlidir.” (“Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 380)
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs maddi məsələlərdən və həyat xərclərindən qorxub evlənməsə, deməli, Allah və Onun vədəsi barədə sui-zənn (pis güman) etmişdir.”
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ən pis ölülər o kəslərdir ki, ailə qurmaqdan boyun qaçırmışlar.” (“Təhzib”, 7-ci cild, səh. 239)
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ümmətimin yaxşıları evlilər, pisləri isə subaylardır.” (“Biharul-ənvar”, 103-cü cild, səh. 221)
8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ailə qur, yoxsa məsihi rahiblərindən, yaxud Şeytanın qardaşlarından olarsan.” (Yenə orada, 13-cü cild, səh 221)
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Asimanın rəhmət qapıları dörd yerdə açılır: Yağış yağdıqda, övlad ata-ananın üzünə (məhəbbətlə) baxdıqda, Kəbənin qapısı açıldıqda və nikah baş verdikdə.” (“Biharul-ənvar”, 103-cü cild, səh. 221)
10-Həzrət Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: “Ailə qurun, qızları ərə verin, subay kişiləri evləndirin. Hər bir müsəlmanın şərəf və səadəti odur ki, qızlar ərsəyə çatdıqda, onu ərə versin.”
Müsəlman erkəkler xanımlarını qıqanmalı və yadlardan qorunmalıdır.Peyğəmbər Əfəndimiz Xanımını qısqanmayan erkəyə və ərini qısqanmayan qadına Allah lənət etsin.buyurmuşdur (Müslim).
Peyğəmbər Salavatullah buyurur: Gənc oğlan və gənc qız bir-birini sevib ailə qurarkən şeytan nalə çəkərək deyir: Vaveyla, vaveyla ki, bu cür cavanlar öz dininin üçdən bir hissəsini məndən qoruya bildilər! Gərək bu Allah bəndələrini dinlərinin qalan iki hissəsində də öz Tanrılarından qorxub çəkinsinlər.
İmam Sadiq (e) buyurub: Gəlin köçən evi Allah-təala sevir.Bütün cavanlar! İstər qızlar və istərsə də oğlanların ailə qurması zəruridir. Əgər bu müqəddəs birlik həyata keçirilməzsə, arzu-olunmaz çətinliklərlə rastlaşa bilər.

İmam Sadiq (e) buyurub: Rəsuli-Xuda (s) Ərə getmək istəməyən qadınları qınayır və onlara ailə qurmağı tövsiyə edirdi.
Hər kim bir qadınla mal-dövlətinə görə evlənmiş olsa, Allah-təala onu həmin mal-dövlətə həsrət qoyar. Hər kim bir qadınla gözəlliyinə görə evlənmiş olsa, xoşu gəlmədiyi sifəti (xasiyyətləri) onda görər və əgər bir qadınla dininə görə evlənmiş olsa, Allah bütün bu nemətləri onlar üçün yetirər.
Allahın elçisi (s) buyurur: Ər və arvad kəbin kəsildikdən sonra biri-birinə baxdığı zaman böyük Allah da rəhmlə onlara baxar.
Bir-birinin əllərindən tutan zaman onların günahları barmaqlarının arasından süzülüb yerə tökülər.
Subaylığı Allah-təala sevmir.
İsti vaxtı elçilik etmə ayrılığa səbəb olar.
Qadın ərdən icazəsiz evindən heç nəyi sədəqə verməsin. Belə etsə onun savabı ərinə yetişər, özünə isə günah yazılar.
Qadın ərindən icazəsiz çölə gedə bilməz. Əgər gedərsə yerin və göyün qəzəb və rəhmət mələklərinin hamısı o evə qayıdana kimi onu lənətləyərlər.
Mən heç vaxt səndən yaxşılıq görməmişəm qadın bunu ərinə deyərsə əməllərinin savabları məhv olar.
Kişi qadına gərək üz turşutmasın.Onun pis hərəkəti olsa onu bağışlasın.Qadınının bütün tələbatını ödəsin. Bayram günlərində qadınını sevindirsin.
Hədis-2. İmam Sadiq (e) buyurur: Kim öz yoldaşına təbəssüm etsə, həmin təbəssümün ona bir savabı olar.
Allah hər kəsə evlənmək ailə qurmaq nəsib etsin. Amin!

Комментариев нет:

Отправить комментарий