Mələklərdən,xüsusən öz mələyindən qorxma, çəkinmə.O,sizin ən xeyirxah və sadiq dostuna çevrilə bilər.Gələcəyin haqda fikirləşəndə ona sual verməyi unutma.O,sənə həyatda ən işıqlı yol göstərəndir.Nə qədər ki,onu yaxından tanıyacaq,onunla münasibət quracaqsan,mələyin bir o qədər güclü,sən isə bir o qədər təmiz,saf və xoşbəxt olacaqsan.
Mələklər tam olaraq Allaha sadiq,itaətkar və ibadətkar,hec bir cismani,dünyəvi marağı olmayan,saf, şəffaf tüstüdən yaranmış xeyirxah varlıqlardır.ALLAH-Təala onları insandan əvvəl yaratmışdı.Bilin ki:
* Mələklər insanın taleyinə qarışmır.
* Onlardan kiminsə həyatı barədə heçnə istəyə bilməzsiniz.
* Mələklər-xoş,mehriban sozləri,sevgi və qayğıkeşlik dolu mühiti xoşlayırlar.
* Pis qoxudan,söyüşdən,qarğışdan,kobudluqdan,mübahisədən xoşlanmır və həmin insandan uzaqlaşırlar.
* Mələklər heç vaxt sizin istəyinizlə nifrət etdiyiniz,düşmən olduğunuz insanlara pislik edə bilməz.
* Onlar tez-tez ağlayan,qəzəblənən və heç nədən depressiyaya düşən insanları sevmir
* Mələklər ALLAHın qəzəbini,imtahanını və ya günaha görə cəzasının qarşısını ala bilməz
* Mələklər dua və ibadət edən insanı sevər və onunla birgə dua edər.
* Mələklər dizi üstə çöküb, əllərini açıb mələkdən kömək,istək diləməyin qəti eleyhinədirlər. Mələyə inamla ALLAHa inamla qarışdırmaq,səhv salmaq olmaz. Mələyə ibadət və səcdə ən böyük günahdır.Amma buna görə narahat olmağa dəyməz. Mələklər özləri insanın belə səhv düşünməsinə imkan yaratmayacaqlar.Onlar əksinə insanda Allahainamı gücləndirməyə cavabdehdilər.
* Mələklər gözəl ətirləri(ən çoxda qizilgül),təmiz dərini,gözəl və təmiz geyimi,sakit musiqiləri xoşlayırlar.
* Mələklər siqaretə,içkiyə,narkotikaya,möhkəm qışqırtılı musiqilərə dözmürlər.
* Mələyinlə ünsiyyət üçün ən gözəl vaxt: gecə,yuxudan əvvəl və səhər oyananda
* Hər səhər bu sözləri təkrarlayın: "Mələyim mənimlədi", "Mələyim gün başladı","Sən irəlidə,mənsə arxanca gəlirəm"
* Mələklər Adəm və Həvvaya bir çox elmləri və sənədləri öyrətmək üçün yerə eniblər
* İbrahim peyğəmbər(ə.s) oglu İsmayılı qurban kəsmək istərkən, Mələk bir qoçla yerə enib peyğəmbərin əlini saxladı.
* Həzrəti Məryəmə Mələk nazil olaraq Isa peyğəmbərin(ə.s) doğulacağını xəbər vermişdi
* İslam peyğəmbəri Həzrəti Məhəmməd(s.ə.s) ömrünün sonuna kimi ən boyük Mələk olan Cəbrayılla(ə.s) həmsöhbət olmuş və onunla unsiyyətə can atmışdır.Bütün işlərinidə Mələyin gətirdiyi əmr və məsləhətləri ilə etmişdir.Qurani-Kərim Tanrı dərgahından peyğəmbərə Cəbrayıl Mələk(ə.s) vasitəsilə göndərilmişdir
Mələklərin seyr etdiyi Namaz: "Sübh namazı"
“Günəşin qərbə sürüşməsindən gecənin qaranlığına qədər müəyyən vaxtlarda namaz qıl, xüsusilə də səhər namazını. Çünki səhər namazında gecə və gündüz mələkləri hazır olar (şahid olarlar). (İsra Sûrəsi 78)
Görəsən Rəbbimiz sübh namazına niyə bu qədər əhəmiyyət verir? Çünki ürəyin ülvi olan hər gözəlliyə açıq olduğu ən dinc vaxtdır bu vaxt. Çünki başlanacaq olan, yorucu və yeni bir günə hazırlanmanın ən doğru və bərəkətli olduğu vaxtdır bu vaxt. Çünki təfəkkür üçün ən uyğun vaxtdır bu vaxt. Fərqinə vara bilənlər üçün, cənnət qapılarının açıldığı vaxtdır bu vaxt.
İnsan bəzən etdiklərinin sevdikləri tərəfindən görülməsini istəyər. Uca Allah (c.c) qullarına çox böyük bir yardım edir və o nurdan mələklərini ibadətimizə şahid tutur. Düşünün, təkbir alırsınız mələklər şahid, rukuya gedirsiniz mələklər şahid, səcdə anındasınız yenə mələklər şahid. Zikr edirsiniz, Rəbbinizə salamlar göndərirsiniz, Peyğəmbərinizə və yenə mələklər yanınızda hazır və şahid. Gəlin dostlar! Səhər namazlarını, əgər qılırsınızsa bu ayəni xatırlayaraq daha da dəyərləndirək. Əgər ki laqeydlik edirsinizsə bu gündən tez yox beynimizi və ürəyimizi ‘Səhər Namazı Vaxtına nizamlayaq. Doğru insan ömüründə neçə dəfə səhər namazı edər ki? Bu naməlum bəlkə; amma bilinən tək gerçək var ki, o vaxtda Allah mələklərini namaz qılan qulunun yanında hazır tutur. Qalx qaçırılmaması lazımlı olan səhər namazına və hiss edin, o nurdan yaradılmış varlıqları, sağınızda ya da solunuzdadır bəlkə kim bilər diqqətli davranın o halda...
Mələyin göz yaşları
Mələyin gözlərindən axan damlalar - onlar kiçik dünyaya bənzəyirlər, çünki onlarda bütün insan qorxuları, insani hisslər, ağrı, əzab, ümidsizliklər. vardır. Mələyin göz yaşlarında, hər kəs öz dünyasını görə bilər. Təssəvvür edin necə çətindir Mələk olmaq? Mələklər bütün bizim günahkar dünyamız üçün cavab verirlər. Mələklər - bu Tanrının elçiləridir... Amma indi mən ona inanmağa başlamışam ki, Mələklər var və onlar Yer kürəsindədirlər. Sadəcə burada onlar öz böyük qanadlarını gizlədirlər ki, heç kim onları sındıra bilməsin. Heç kim onları məhv edə bilməsin.
Mələklər bizim aramıznda yaşayırlar. Onlar həmçinin nəfəs alırlar, ağlayırlar, bizim kimi.. Yalnız onlar daha çox əzab çəkirlər, onlara daha da xəstədirlər. Axı onlar hisslərdən tamamilə ibarətdirlər. Nə bədən yoxdur, nə qan. Hisslərdən və emosiyalardan. Bəs nə vaxt mələklər ağlayır? Təsəvvür edin ki, sizdən (canlı) ürəyinizi qoparırlar. Əllər.. siz hiss edirsiniz ki, onu sizin bədəninizdən ayırırlar.. Bunu təsəvvür etmək belə çətindir, mələklər əzab çəkirlər. Təəssüf, axı biz canlı ölülər öz laqeydliyimizlə, onlara soyuqqanlılığımızla onları məhv edirik. Biz onlara inanmırıq. Onları qəbul etməyi və öz ürəklərinə buraxmağı arzulamırıq belə. Biz bu dünyaya çox soyuqqanlı yanaşırıq. Axı mələyin ürəyi heç vaxt buzqabığıyla örtülə bilmir. Mələyin ürəyi bizim alışan nifrətimizdən yana bilər, bizim yaşlarımızda boğula bilər. Mələyin ürəyi sadəcə bizim eqolarımıza görə yox ola bilər. Mələklər... heç nəyin əvəzinə tələb etmədən öz istiliyiylə bizdən əsirgəmirlər.
Şeytanın göz yaşları. Onlarla nə etmək olar? Onlar böyük və amansızdırlar. Onun göz yaşları, kim onları hiss edə bilmir.. amma, unutmayın, axı o nə vaxtsa mələk idi, onun qanadları hələ var. Görəsən niyə qanadlarından sadəcə imtina etdi, verdi və şər tərəfinə keçdi.. Niyə? O heç özü də bilmir.. Çətin ki özüdə bu suala cavab tapa bilsin. Şeytanın göz yaşları... Onlarda o qədər acı və ağrı hiss olunur ki,.. Bəli, Şeytanlar da ağlayırlar, amma onların yaşları tufan nəticəsində torpağa gəlir.. əbəs yerə deyil biz ildırımın gurultularından qorxuruq.. İldırımdan qorxuruq, çünki onlar iblisin elçisidir.. və yağış həmişə bizdə kədərlənməyimizə səbəb olur .
Şeytan və Mələk.. müxtəlifdirlər.. bu ağ və qara kimidir. Bu ruh və boşluq kimidir..
Nə vaxt ki, mələklər ağlayırlar, mənim ürəyim parçalanır, axı mən bir mələyin göz yaşlarını hiss edirəm.. O mələk ki, şeytan balasıyla olmaq istəyir. İstəyir, arzu edir, amma hələ bacarmır..
Mələklərin vəzifələri nədir?
Mələk - dini bir termindir. Mələk - bir çox dində inanılan səmavi varlıqlara verilən addır. Mələklərin vəzifələri Allaha xidmət etməkdir. Mələklərə inamın var olduğu hər dində mələklərə fərqli baxış var.İslam dininə görə mələklərin iradələri vardır. Lakin şeytan tərəfindən müsəllət olunmadıqları üçün bu iradələrini insan kimi pis istiqamətdə istifadə edə bilmə
qabiliyyətləri yoxdur. Başqa sözlə günahsız varlıqlardır.İslam dinində xüsusilə dörd böyük mələk olaraq xatırlanan dörd əsas mələk vardır. Bunlar: Cəbrayıl, Mikayıl, İsrafil və Əzrayıldır.
Cəbrayıl- İslam dinində dörd böyük mələkdən biridir. Adının etimologiyasından da aydın olduğu kimi İslam dinində Cəbrayılın çox qüvvətli bir mələk olduğuna inanırlar. Vəzifəsi peyğəmbərlərə vəhy gətirmək, onlara Allahın əmr və qadağanlarını bildirməkdir, yəni Allahdan peyğəmbərlərə xəbər və məlumat daşıyar. İslam dininə görə inanılan bütün peyğəmbərlərə vəhy gətirən Cəbrayıldır.
Mikayıl - İslam dinində dörd böyük mələkdən biridir. Kainatdakı təbiət hadisələrindən vəzifəlidir. Ucuzluq, bahalılıq, qıtlıq, bolluq, xoş əhval və dinclik gətirməklə vəzifəlidir. İnsanların ruzilərini çatdırmaq və Allahın iradəsinə görə təbiət hadisələrini təşkil etməklə vəzifəli mələkdir.
İsrafil - İslam dinində dörd böyük mələkdən biridir. Allahın əmriylə qiyamət günü sura (şeypur) üfürməklə vəzifələndirilmişdir.İsrafil sura iki dəfə üfürəcək. Birinci dəfə üfürdüyündə göylərdə və yerdə olan hər şeyin yox olacağına, ikinci dəfə üfürdüyündə isə, bütün insanların təkrar diriləcəyinə və məhşər yerində toplanmaq üzrə sövq ediləcəklərinə inanılır. İsrafil sura üfürəndə surdan böyük bir səs çıxacaq və yeddi qat göylərə və yerin hər tərəfinə çatacaq. Eşidənlərin hamısı yerdə olsun, göylərdə olsun öləcək. Vəsiyyətlərini belə edə bilməyəcəklər. Bərat (əfv olunmaq) gecəsində əməllər nüsxəsi dünya səmasında vəzifəli olan İsrafilə veriləcək
Əzrayıl - İslam dinində dörd böyük mələkdən biridir. İnsanların canını almaqla vəzifəlidir. Əzrayıl insanların canını almaqla vəzifələnmiş bir mələkdir, canı aldıqdan sonra vəzifəsini sorğu mələklərinə buraxar. İnsanın canını alarkən o iki şeyə nəzər yetirəcək. Əgər insan həyatda pis şəxs idisə, ürək çox əzab-əziyyət çəkəcək. Əgər insan ədalətli şəxs idisə, ancaq onda ürək rahat olacaq. Həmçinin qeyd edilir, o yaxşı adamların ürəkləri üçün gələndə "ən xoş görünüşə"-də olacaq, pis adamların ürəkləri üçün gəldikdə isə dəhşətli varlığa və ya iblisə bənzəyəcək.
Münkər və Nakir - Qəbirdə insanı sorğuya çəkən dəyişik görünüşlü mələklərdir. Bu sorğu nəticəsinə görə insanın qəbir həyatını yaxşımı və ya pismi keçirəcəyi təyin olunar.
Kiramən və Katibin - Hər insanın sağ və sol çiyinində oturub, etdiyi yaxşı və pis işləri yazarlar. Kiramən və Katibin insanın ağılından keçən pis işləri həyata keçirmədiyi müddətcə yazmazlar. Yaxşı işlərini isə niyyət anında dərhal yaxşılıq xanasına yazarlar.Qoruma mələkləri adıyla da bilinirlər.
Məlik - Cəhənnəmi mühafizə edən mələklərin rəhbəridir. Yeddi cəhənnəmin mühafizəçisidir. Məlik pis mələk deyildir. "Onlar cəhənnəmdə ağlayacaqlar, Məlikə yalvaracaqlar."
Rizvan - Cənnətə görə məsuliyyət daşıyır.
Şeytan - Mələk deyil, "cin"-dir. Nurdan yox, oddan yaradılmşdır. Allaha üsyan etdiyi üçün cənnətdən qovulmuşdur.Qiyamət gününə qədər ona vaxt verilmişdir.
Səmanın 7 qatının və onları idarə edən mələklərin adlariı
Birinci qat-Səmanın birinci qatı BERQİYA adlanır.Bu qatda yaşayan mələklərə İsmayıl adlı baş məleykə
rəhbərlik edir.
İkinci qat-Səmanın ikinci qatı QAYDUM adlanır.Bu qatda yaşayan məleykələrin başçısı Mikayıldır.
Üçüncü qat-Üçüncü qat MAUN adlanır.Burada yaşayan baş
məleykənin adı Səfaildir.
Dördüncü qat-Dördüncü qat AQURA adlanır.Burada yaşayan məleykələrə Qail(Arqun)adlanan baş
məleykə rəhbərlik edir.
Beşinci qat-Beşinci qat MAGUN adlanır.Buradakı məleykələrə Asfail rəhbərlik edir.
Altıncı qat-Səmanın altıncı qatı RAQA adlanır və buradakı məleykələrin başçısının adı Arnasdır.
Yeddinci qat-Bu qatda ERİBA adlanır.Buradasa baş məleykə Reqavil adlı mələkdir.
Quran Əməl dəftərindən
Əməl dəftəri–qiyamət günü hər bir insanın dünya həyatında gördüyü işləri özündə əks etdirən yazılı. Qurani-Kərimin bir neçə ayəsində onun əhəmiyyəti və haqq olduğuna işarə olunur. "(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq" Orada irili xırdalı bütün əməllər öz əksini tapar və heç bir şey nəzərdən qaçmaz.

Onlar belə deyəcəklər: "Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır!». Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşısında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!" ("Kəhf" surəsi, 49)
Quran əməl dəftərindən söz açarkən onun əmelisaleh insanlara sağ tərəfdən, günahkarlar isə sol və arxa tərəfdən veriləcəyindən xəbər verir.
Əməlləri əməl dəftərinə qeyd edən iki mələk "Ətid" və "Rəqib" adlanır.
Комментариев нет:
Отправить комментарий