вторник, 21 февраля 2012 г.

Allahın 99 adı və mənaları

 

1. ALLAH - gözəl sifətləri özündə ehtiva edən
2. EL-VAHID - yeganə
3. EL-EHED - bənzərsiz
4. ES-SEMED - ehtiyacsız
5. EL-AXIR - hər şeydən sonra mövcud olacaq
6. ES-SEMI - hər şeyi eşiden
7. EL-BESIR - hər şeyi görən (haqq-nahaqq)
8. EL-QEDIR - hər şeyə qüdrəti çatan
9. EL-EVVEL - hər şeydən əvvəl mövcud olmuş
10. EL-QAHIR - zalımları qəhr edən
11. EL-ELIYY - yüksək, uca
12. EL-E'LA - ən yüksək
13. EL-BAQI - əbədi
14. EL-BEDI - həmişə ixtira edən
15. EL-BARI - yaradıcı
16. EL-EKREM - ən kəramətli
17. EZ-ZAHIR - ashkarda olan
18. EL-BATIN - gizlində olan
19. EL-HEYY - diri
20. EL-HEKIM - çox hikmətli
21. EL-ELIM - hər şeyi bilən çox elmli
22. EL-HELIM - çox mülayim
23. EL-HAFIZ - ən yaxşı qoruyucu
24. EL-HEQQ - həqiqet
25. EL-HESIB - hər şeyi hesaba alan
26. EL-HEMID - həmd edilen
27. EL-HEFIYY - öz yaratdıqlarını çox sevən
28. EN-NUR - nur
29. ER-REBB - bəsləyən
30. ER-REHMAN - çox mərhəmətli
31. ER-REHIM - həmişə mərhəmətli
32. ER-RAUF - mehriban
33. ER-RAI - hər şeyi görən
34. ER-REQIB - nəzarətçi
35. EZ-ZARI - yaradan
36. ES-SELAM -hər təhlükədən salamatlığa çıxaran
37. ER-REZZAQ (ER-RAZIQ) - ruzi verən
38. EL-MO'MIN - iman bexş edən
39. EL-MYHEMIN - himayə edən
40. EL-EZIZ - çox izzətli
41. EL-CEBBAR - zalımlara əziyyət verən
42. EL-MUTEKEBBIR - məqamı uca tutulan
43. ES-sheyYID - ağa, başçı
45. ESH-SHAHID - hər şeyə şahid olan
46. ES-SADIQ - sədaqətli
47. ET-TAHIR - pak, saf
48. EL-GHENIYY - ehtitacsız, carlı
49. EL-GHIYAS - köməkçi
50. EL-FATIR - yaradan, vucuda gətirən
51. EL-FERD - tək
52. EL-FETTAH - çətinlikləri həll edən
53. EL-FALIQ - dan yerini yaran
54. EL-QEDIM - əzəli olmadığı zaman təsəvvürə gəlməyən
55. EL-MELIK - mülk sahibi
56. EL-QUDDUS - müqəddəs
57. EL-QEVIYY - çox qüvvətli
58. EL-QERIB - çox yaxın
59. EL-QEYYUM - dayanıqlı, sarsılmaz
60. EL-QABIZ - sıxan (canları alan)
61. EL-BASIT - açıb sərən
62. QAZIYUL-HACAT - hökm verən, ehtiyacları həll edən
63. ESH-SHAFI - şəfa verən
64. EL-MECID - şan-şöhrətli
65. EL-VELIYY (EL-MOVLA) - dost
66. El-LETIF - lütf edən
67. EL-MENNAN - bəndələrinə çox ehsan edən
68. EL-MUHIT - hər şeyi əhatə edən
69. EL-MUBIN - hər şeyi bəyan edən
70. EL-MUQIT (EL-MUGHIS) - ruzi verən (dada yetişən)
71. EL-MUSEVVIN - hər şeyi formaya salan
72. EL-KERIM - çox kəramətli
73. EL-KEBIR - çox böyük
74. EL-KAFI - kifayət edən
75. KASHIFUZ-ZURR - zərərin üstünü açib ifşa edən
76. EL-VITR - tək-tənha
77. EL-EZIM - əzəmətli
78. EL-VEHHAB - nemət bağışlayan
79. EN-NASIR - köməkçi, yardımçı
80. EL-VASE - çoc əhatəli
81. EL-VEDUD - bəndələrini çox sevən
82. EL-HADI - hidayət edən, doğru yol göstərən
83. EL-VEFIYY - vəfalı
84. EL-VEKIL - himayəçi
85. EL-VARIS - qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud
86. EL-BIRR - yaxşı sifətlərin sahibi
87. EL-BAIS - qiyamətdə ölüləri dirildəcək zat
88. EL-TEVVAB - tövbələri qəbul edən
89. EL-CELIL - cəlallı
90. EL-CEVAD - səxavətli
91. EL-XEBIR - hər şeydən xəbərdar olan
92. EL-XALIQ - xəlq edən, yaradan
93. XEYRUN-NASIRIN - ən yaxşı yardımçı
94. ED-DEYYAN - hesabat gününün sahibi
95. ESH-SHEKUR - şükr edilən
96. ES-SANE - yaradıcı
97. EL-EDL - ədalətli
98. EL-EFUVV - əfv edən
99. EL-GHEFUR - günahları bağışlayan

Комментариев нет:

Отправить комментарий