вторник, 21 февраля 2012 г.

Xeyirli Yuxu Allahdandır

 


Qədim zamanlardan bəri yuxu və onun yozumu insanların diqqət mərkəzində olmuş və onun mahiyyətini dərk etməyə can atmışlar.
Yuxunun dəqiq yozumu insanın tanınmasında mühüm rol oynayır. Bəzi peyğəmbərlərin gördükləri yuxular dünyada baş vermiş mühüm hadisələrdən əvvəlcədən xəbər vermiş və Quranı-Kərimdə öz əksini tapmışdır.
"Müsəlman bir şəxs cünub halında yatmamalıdır. Yatmazdan əvvəl qüsl və ya dəstəmaz alın.Su tapmadıqda təyəmmüm edin. Çünki mömin yatdığı zaman onun ruhu Allah dərgahında ucalar və Allah-Təala onu qəbul edərək bərəkətləndirər. Əgər yuxuda ikən ömrü başa çatmazsa, Öz mələkləri ilə sahibinin bədəninə qayıdar" .
MƏNA VƏ MƏFHUM
Qurani-Kərimdə yuxu mənasını verən iki kəlmədən istifadə olunmuşdur:1-nəum; 2-ruya. Ruya görmək mənasını ifadə edən (rəa) kökündən götürülmüşdür.
Quran yuxunu ruhun bədənindən qismən ayrılması kimi qiymətləndirilir

* QURAN "ZÜMƏR" 42
Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar.
Demək, Allah ruhları həm insan öldüyü, həm də yuxuda qaldığı zaman alır. Əcəlləri çatan şəxslərin ruhlarını bir daha sahiblərinə qaytarmır, çatmayanlarınkını müəyyən vaxta qədər sahiblərinə qaytarır. İnsan yuxuya qaldıqdan sonra cismi ilə ruhu arasındakı əlaqə ən zəif həddə çatır. YUXUNUN NÖVLƏRİ

*Doğru yuxular
Bir səra əlamətlərdən istifadə edərək dəqiq yozumu olan yuxulara deyilir. Hədislərdə bu kimi yuxular ruhun mələklərlə görüşü kimi qələmə verilir. Peyğəmbərdən (s.ə.s) nəql olunan hədisdə buyrulur:" İnsanın pak və dəstəmazlı halda gördüyü yuxular doğru yuxulardır. Bundan qeyriləri doğru yuxular deyildir.

* Yalan yuxular
Toxqarnına, xəstəlik zamanı, yorğunluq, əddindən artıq yatmaq nəticəsində görülən yuxular, adətən yalançı yuxulardır. Boş və heç bir mənası olmayan yuxular da yalançı yuxular hesab olunur.

*Şeytani yuxular
Bəzən insan yuxuda onu günaha sürükləyən şəhvani yuxular görür ki, bunun bir çox əsas səbəbi gün ərzində həmin günah fikirdə olması, günah səhnələri izləməsi olur. Bu kimi yuxuları, adətən yeniyetmələr görür. İMAM SADİQ (Ə)

İmam Sadiq (ə) şagirdlərindən birinə buyurur: "Gördüyün yuxular barədə dərindən düşünüb-daşın. Bax gör Allah-Təala bunlarla sənə nə demək istəyir, doğru və yalan yuxuların bir-biri ilə necə əlaqələndiyinə diqqət yetir. Çünki yuxuların hamısı doğru olsaydı, hamı peyğəmbər olardı. Və əgər bütün yuxular yalançı olsaydı, onların heç bir əhəmiyyəti olmaz və insanlar yuxuya lazımsız bir şey kimi nəzər salardılar. Lakin insanların hidayət olub faydalanmaları üçün yuxuların bəziləri doğru, çox əhəmiyyət verməmələri üçün də bəziləri yalançı olur".

İlahi möcüzə olaraq Həzrət Yusuf (ə) yuxuyozma bacarığına yiyələnmişdir. Bu barədə onun adını daşıyan surədə xəbər verilir. QURANDA YUXU AYƏLƏRİ


"FƏTH" 27
Burada Həzrət Muhəmmədin (s.ə.s) əvvəlcədən Məkkəni fəth edəcəyini yuxuda görməsi işarə olunur.

"İsra" 60
Əməvilərin hakimiyyəti və İslam hakimiyyətinin gələcəyinə xəbər verilir.

"Ənfal" 43
Məkkə müşrüklərinin Bədr döyüşündə məğlub olacaqlarından xəbər verilir.

"Saffat" 102, 103
İbrahim Peyğəmbər (ə) oğlu İsmaili (ə) yuxuda qurban kəsdiyini görür.

"Yusuf" 4
Həzrət Yusuf yuxuda on bir ulduzun, ay və günəşin onun qarşısında səcdə etdiyini görür.

"Yusuf" 43 və 49
Misir hakimi yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini görür.

"Yusuf" 36 və 41
Həzrət Yusufun (ə) iki zindan yoldaşının gördükləri yuxudan və onun yuxularını yozmasından söhbət açılır.

"Qəsəs" 7
Həzrət Musanın (ə) anası oğlunu səbətə qoyaraq çaya buraxdığını görməsində söhbət açılır
1) Allahın Peyğəmbəri (s): «Yuxu ölümün qardaşıdır. Cənnət əhli ölmür». (Kənzul-ummal, hədis 39321)
2) İmam Rza (ə): «Yuxu beyinin hökmdarı, bədənin bərqərarlıq və qüvvət mənbəyidir». (Biharul-ənvar, c.62, səh.316)
3) İmam Hadi (ə): «Gecə oyaq qalmaq yuxunu daha da ləzzətli və şirin edir».
4) Allahın Peyğəmbəri (s): «Çox yatmaqdan çəkinin. Çünki çox yatmaq sahibini qiyamətdə əliboş qoyar». (əl-İxtisas, səh.218)
5) İmam Əli (ə): «Nə çox (gecə) yuxular(ı) var ki, gündüzün qərarlarını bir-birinə vurub». (Nəhcül-bəlağə, hikmət 440, xütbə 241)
6) İmam Əli (ə): «Çox yatmaq din və dünyanın əldən çıxmasına səbəb olur». (əl-Kafi, c.5, səh.84, hədis 1)
7) İmam Kazim (ə): «Gözlərini çox yatmağa öyrətmə. Çünki gözlər bədənin ən naşükür üzvüdür». (Təfsiri Əyyaşi, , c.2, səh.115, hədis 149)
8) İmam Kazim (ə): «Allah-Taala çox yatan bekar bəndəyə nifrət edir». (əl-Kafi, c.5, səh.84, hədis 2)
9) İmam Əskəri (ə): «Kim çox yatsa, pərişan yuxular görər». (əd-Durətul-Bahirə, səh.43)
10) İmam Əli (ə): «Müsəlman cənabətli halda yatmaz və yalnız pak halda yatar. Çünki möminin ruhu Allaha tərəf gedir və Allah onu qəbul edərək bərəkət verir. Əgər əcəli çatmış olsa, onu Öz rəhmətinin pənahına daxil edir. Əgər əcəli hələ çatmamış olsa, onu Özünün etibarlı mələkləri ilə birlikdə göndərir və onlar onu bədəninə qaytarırlar». (Biharul-ənvar, c.81, səh.153, hədis 8)
11) Allahın Peyğəmbəri (s): «Heç biriniz əli yağlı halda yatmasın. Əgər (kimsə) belə etsə və şeytandan ona bir ziyan dəysə, özündən başqa heç kəsi məzəmmət etməsin». (Əmali Səduq, səh.345, hədis 1)
12) Allahın Peyğəmbəri (s): «Kim dəstəmazlı yatsa və həmin gecə onun əcəli çatsa, Allahın yanında şəhid sayılar». (Biharul-ənvar, c.76, səh.183, hədis 7)
13) İmam Sadiq (ə): «Kim paklanıb (dəstəmaz alıb) sonra yerinə girsə, həmin axşam onun üçün məscid kimi olar». (Səvabul-əmal, İmam Sadiq (ə), səh.35, hədis 1)
14) İmam Sadiq (ə): «Kim paklanıb sonra yerinə girsə, həmin axşam yeri ona məscid kimi olar. Dəstəmazı olmadığı yadına düşsə, nə olmasından asılı olmayaraq elə öz yorğanına təyəmmüm etsin. Əgər belə etsə, həmişə namaz və Allahı zikr etmək halında olar». (Biharul-ənvar, c.86, səh.183, hədis 6)
15) İmam Əli (ə) (öz oğlu Həsənə (ə) buyurmuşdur): «Övladım! Sənə dörd şey öyrədimmi ki, onlara əməl etməklə təbibə ehtiyacın olmasın? Dedi: Bəli, ey Əmirəl-möminin. Həzrət buyurdu: Acmayınca süfrə başında oturma, iştahan küsməmiş yeməkdən əl çək, yeməyi yaxşı çeynə və yatmaq istəyəndə ayaqyoluna get. Əgər bunlara əməl etsən, təbibə möhtac olmazsan». (əl-Xisal, səh.229, hədis 67)
16) İmam Sadiq (ə): «Yatağına girəndən sonra həmin gün qarnına nə yemək göndərdiyini, nə əldə etdiyini fikirləş, öləcəyini və qarşıda qayıdış yerinin olmasını yadına sal». (Biharul-ənvar, c.76, səh.190, hədis 12)
17) Allahın Peyğəmbəri (s): «Kim yatanda «əlhakumut təkasur» surəsini oxusa, qəbr əzabından qorunar». (Biharul-ənvar, c.76, səh.196, hədis)
18) Allahın Peyğəmbəri (s): «Sizlərdən kim yatağına girsə, ….(bu duanı) desin: «Allahummə in əmsəktə
nəfsi fi mənami fəğfir ləha və in ərsəltəha fəhfəzha bima təhfəzu bihi ibadəkəs salihin». (yəni) Allahım! Əgər mənim canımı yuxuda alacaqsansa, onu bağışla, əgər bədənimə qaytaracaqsansa, onu qoru, necə ki, Özünün saleh bəndələrini qoruyursan». (İləluş-şəraye, səh.589, hədis 34)
19) İmam Əli (ə): «Dörd cür yatmaq var: Peyğəmbərlər (ə) arxası üstə uzanar və yatarlar, amma gözləri oyaq və Allahın vəhyinin intizarında olar. Mömin sağ böyrü üstə, üzü qibləyə yatar. Şahlar və şahzadələr sol böyürü üstə yatarlar ki, yedikləri yeməyi həzm etdirsinlər. İblis, onun qardaşları, hər bir dəli və bəlaya uğramış kəs, qarnı üstə (ağzı aşağı) yatar». (əl-Xisal, səh.263, hədis 140)
20) «Peyğəmbər həmişə yatağına girən zaman deyərdi: «Bismikəllahummə əmutu və əhya» (Allahım, Sənin adın ilə ölür və dirilirəm)». Yuxudan duranda isə deyərdi: «Əlhəmdu lillahilləzi əhyana bədə ma əmatəna və iləyhin nuşur». Şükr olsun O Allaha ki, bizi öldürəndən sonra diriltdi və hamı yenidən Onun yanına (məhşərə aparılmaq üçün qəbrdən) qaldırılacaqdır». (Biharul-ənvar, c.76, səh.218, hədis 25)
Xeyirli yuxu ALLAHDANDIR! Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Xeyirli yuxu Allahdan, şərr yuxu isə şeytandandır. Biriniz xoşlamadığı çirkin bir yuxu görərsə həmən sol tərəfinə üç dəfə tüpürsün. Sonra da o, yuxunun şərrindən Allaha sığınsın (Başqa rəvayətdə: Hansı tərəfdə yatmışsa digər tərəfə dönsün). Belə edərsə o, pis yuxu artıq ona heç bir zərər verə bilməz və bu yuxunu heç kəsə xəbər verməsin. Əgər gözəl bir yuxu görərsə həmən sevinsin və o, gözəl yuxunu sevdiyi kimsələrdən başqasına xəbər verməsin” (Müslim 2261).Bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedi: «“Mən yuxuda başımın kəsilmiş olduğunu və başımın ardıyca getdiyini gördüm”. Peyğəmbər: “Yuxuda şeytanın səninlə oynamasını insanlara xəbər vermə” deyə buyurdu» (Müslim 2269).Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Vaxtın sürətlə getməsindən müsəlmanların yuxuları demək olar ki, onları aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq. Müsəlmanın yuxuları Peyğəmbərliyin qırx beşdə biridir” (Başqa rəvayətdə: Qırx altıda biridir, yetimşdə biridir) ( Buxari, Müslim).Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Yuxu üç cürdür: Saleh bir yuxu- Allahdan bir müjdədir, şeytandan olan bir yuxu- bu hüzündür və bir də insanın bir şey haqda çox düşünməsindən görülən yuxu” (Müslim 2263).Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mubəş-şiratdan başqa nübuvətdən bir şey qalmadı”. Oradakılar: “Mubəşşirat nədir?” deyə soruşdular. Peyğəmbər: “Saleh yuxudur” deyə buyurdu (Buxari).Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Məni röyasında görən məni görmüş kimidir. Çünki şeytan mənim surətimə girməz” ( Buxari).Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Röyasında məni görən ayıq ikən də məni görəcəkdir. Şübhəsiz ki, şeytan mənim surətimə girməz” ( Buxari, Müslim).Pis yuxu görən nə etməlidir114. «Üç dəfə sol tərəfinə tüpürməli» (Muslim, 4/1772).«Üç dəfə şeytandan və gördüyünün şərindən Allaha sığınmalı» ( Muslim, 4/1772 və 1773).«Onu heç kəsə danışmamalı»( Muslim, 4/1772).«Digər böyrü üstə çevrilməli»( Muslim, 4/1773).115. «Əgər istəsə, qalxıb namaz qılsın» (Muslim, 4/1773). İnsanın yatış tərzi haqqındakı inanclar:İnsanlar 4 formada yatırlar:1.Üləmalar, əsil-nəcabəti olan adamlar- arxası üstə yatırlar.2.Mömün adamlar- sağ böyrü üstə yatırlar.3.Həkimlər sol üzü üstə yatırlar ki, yedikləri tez həzmə getsin.4.Bəd xasiyyətli adamlar üzü üstə yatmağı sevirlər.
*Hər ayın 1-ci gecəsi görülən yuxu şükümlüdür.Yaxşı yuxu sayılır.
*Ayın 2-də görülən yuxu rahatlıq gətirməlidir.
*Ayın 3-də görülən yuxu çin olar.
*Ayin 4-5 i görülən yuxunun nəticəsi bir ildən sonra bilinər.
*Ayın 6-7-8-9 görülən yuxunun nəticəsi həmin gün bilinər.
*Ayın 10-da görülən yuxu doğru olar.
*Ayın 11-12 də görülən yuxunun nəticəsi bir neçə aydan sonra bilinər.
*Ayın 13-14 də görülən yuxunun nəticəsi miyanə olar, yəni nə yaxşı, nə də pis.
*Ayın 15 də görülən yuxunun nəticəsi tez bəlli olar.Yaxşı yuxu sayılır.
*Ayın 16- 17 də görülən yuxunun nəticəsi bir müddət çəkər.
*Ayın 18-19 da görülən yuxunun nəticəsi çox yaxşı olar.
*Ayın 20-21 də görülən yuxu çin olmaz.
*Ayın 22-də görülən yuxunun nəticəsi tez bilinər.
*Ayın 23-24 də görülən yuxunun nəticəsi sevindirici olmaz.
*Ayın 25-26 da görülən yuxunun yaxşı əlaməti olmaz.
*Ayın 27-28 də görülən yuxunun nəticəsi çox yaxşı olar.
*Ayın 29-30 da görülən yuxunun nəticəsi olduqca yaxşı olar.
________
Hicri -qəməri təqvimlə aylarda 31 rəqəmi yoxdur. Bu təqvimlə miladi təqvimin ayları arasında 9-10 gün fərq vardır.
Yuxugörmənin 4 əlaməti vardır :
1.Şam yeməyindən sonra görülən yuxu qəbul edilən qidanın təsirindən olduğu üçün belə yuxunu yozmaq düzgün deyil.
2.Axşamdan bir az keçmiş görülən yuxu gündüz olan təəssüratların nəticəsidir.
3.Gecə saat ikidən sonra görülən yuxu şeytan əməli sayılır.
4.Sübh namazına doğru sağ tərəfi üstə yatıb görülən yuxulara "Beynətuli" yəni" behişt saatları" hətta "Rəhman Allah" yuxusu da deyilir.Bələ yuxular əsasən çin olur.

Комментариев нет:

Отправить комментарий