Məhəmməd peyğəmbər (s): «Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gecələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür».
İmam Əli (e) buyurur: «Qadının cihadı ərinə yaxşı baxmasıdır».
İmam Sadiq (e) buyurur: «Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir».
Məhəmməd peyğəmbər (s): «Əlbəttə, qadınların ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, hicablı-örpəkli, iffətli, ərinin qarşısında təvazökar olan, qohumlarının yanında əziz olanlar eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib (ancaq) yad kişilərdən gizlədən, ərinin sözünə canla başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır.»
Məhəmməd peyğəmbər (s): Övladlarınız arasında oğlanla qıza fərq qoymayın. Fərq qoymaq lazım olsaydı mən qızları seçərdim...
Əbdürrəhman İbni Avf revayət edir;
"Qadın hamilə qalanda, bu onun üçün, gündüz oruclu, gecə namazlı, Rəbbinə könüldən təslim olmuş mücahid bir insanın mükafatı kimi mənən qazanc əldə edən bir vəziyyət hasil edər.
Doğum ağrısı tutanda, heç bir məxluq onun nə qədər çox mükafat qazandığını haqqıyla idrak edə bilməz.
Uşaq doğulanda, körpənin hər süd əmməyində anaya bir can canlandırmış kimi savab gəlir.
Uşaq böyüyüb süddən kəsilmək vaxtı gələndə, vəzifəli mələk hər iki çiyninə vuraraq deyər ki:
-Heç günahın qalmadı, pak oldun. Həyata günahsız olaraq yenidən başla!"
Ev işlərindən sədəqə savabı qazanmaq:
Hər evi süpürdüyünüzdə niyyət etsəniz;
"Rəbbim sənin razılığın üçün edirəm, təmizlik imandandır, mələklər tozlu evə girməzlər" şəklində;
O ev süpürmək işiniz ibadətə çevrilər və evinizi təmizləməklə üstəlik savab qazanarsınız.
Yenə yemək bişirərkən, başda bütün ev xalqını ONun razılığı üçün doyurmağa niyyət edin, Yeməyin hər şeyini soğan, tərəvəz və s. zikr edərək doğrayın, sonra bir Fatihə oxuyub üfləyin yeməyin içinə, bağlayın qazanın qapağını.
Baxın necə şirin olur o yemək, həm də sədəqə savabı alırsınız. Düşünün, həm yemək, həm savab nə gözəl işdir bu, niyə kədərlənirsiniz.
Niyyət, adətləri ibadətə çevirər! Bunu əsla unutmayın...
Və bunu da;
Evdə hər etdiyiniz işi Allahın razılığı üçün edin. Belə olsa; heç kimdən tərif, iltifat gözləməzsiniz. Çünki xanımlar həmişə diqqət gözləyər, gəlməzsə, kədərlənər. Gözləməyin, hər işin əcrini ondan istəyin
İmam Rza (s) Allah Rəsulundan (s) rəvayət edərək belə buyurub:
“Allah-Taala qızlara oğlanlardan daha mehribandır”. (Vəsailus-Şiə, cild 21, səh 367)
Atadan daha çox anaya haqq verilməsi
Allah Rəsulu (s) buyurur:
“Müstəhəb namaz qılarkən atan səni cağırarsa, namazını kəsmə, lakin anan səni cağırarsa, namazını kəs!” (Müstədrək əl Vəsail, cild 15, səh 181)
Qadın hüququ müqəddəsdir.Ona görə də onların haqlı hüququnu özlərinə tapşırın.
Qadınlara xoşrəftar olanlardan Allahın xoşu gəlir,çünki onlar sizin ananız, qızınız və xalanızdır. Qadını sevmək onu əzizləmək Peyğəmbər sünnətidir.
Qadınlara yaxşılıq, insanı cəhənnəm odundan qoruyan pərdə kimi olacaqdır.
Peyğəmbər Əfəndimiz: Qadınlara, kərim olanlardan başqası ikram etməz. Onlara xəyanət və hörmətsizlik edənlər ancaq pis adamlardır.buyurmuşlar.
Həzrət Muhəmməd (s) buyurub:
“Cəbrayıl qadınlar haqqında mənə o qədər tapşırıqlar verdi ki, boşanmanın yalnız açıq pozğunluq halında mümkün olmasını güman etdim”. (Biharul-Ənvar, cild 103, səh 253)
Sual:Məktəbə və yaxud xəstəxanaya gedərkən, yaxud
qohumları və qonşuları ziyarət edərkən qadının
ətrilənərək bayıra çıxmasına şəriətdə icazə verilirmi?
Cavab:Əgər qadın (yalnız) qadınların olduğu yığıncağa gedirsə
və gedəcəyi yolda kişilərin yanından keçməyəcəksə o zaman
ətirlənmək olar. Lakin kişilərin olduğu bazara ətirlənərək getməsinə gəldikdə buna icazə verilmir.
Комментариев нет:
Отправить комментарий